Moskvada hansı məsələlər müzakirə olunacaq? - Yerevandan açıqlama

Moskvada hansı məsələlər müzakirə olunacaq? -
Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Qevorkyan sabah Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin baş tutacaq görüşü barədə bəzi detalları açıqlayıb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Qevorkyanın məlumatına görə, danışıqların gündəliyi iqtisadi mahiyyət daşıyacaq, ərazi məsələlərinə dair heç bir sənəd imzalanmayacaq.

“Söhbət regional kommunikasiyaların açılması, beynəlxalq yük daşımaları, o cümlədən Ermənistandan Rusiyaya və İrana, habelə Ermənistanın mərkəzi bölgələrindən Sünik bölgəsinə yük daşımalarından gedir.

Ermənistan tərəfi üçün əsirlərin, girovların və məhbusların tam mübadiləsi, eləcə də müharibə zonasında axtarış və xilasetmə əməliyyatlarının genişləndirilməsi əsas məsələ olaraq qalır. Bu səbəbdən Ermənistan bu məsələni də Moskva görüşünün vacib mövzularından biri hesab edir.

Görüşün nəticələri ilə bağlı ortaq bəyanat da qəbul edilə bilər”, - deyə Paşinyanın mətbuat katibi bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
479 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...