Lavrovla Zərif Moskvada Qarabağı müzakirə edəcəklər

Lavrovla Zərif Moskvada Qarabağı müzakirə edəcəklər

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrovla Məhəmməd Cavad Zərif 26 yanvarda Moskvada danışıqlar aparacaqlar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən həftəlik brifinqdə məlumat verib.

“Yanvarın 26-da İran İslam Respublikasının xarici işlər naziri Moskvada işgüzar səfərdə olacaq və Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparacaq. Bir sıra beynəlxalq məsələlər, o cümlədən Dağlıq Qarabağ ətrafındakı vəziyyət, həmçinin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı, Suriyada, Əfqanıstan, Fars Körfəzindəki fəaliyyətlər müzakirə olunacaq”,- deyə Zaxarova qeyd edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
537 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...