Dağlıq Qarabağın Azərbaycanlı İcması yaxın gələcəkdə Şuşaya köçürüləcək

Dağlıq Qarabağın Azərbaycanlı İcması yaxın gələcəkdə Şuşaya köçürüləcək


“Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin yaxın gələcəkdə Şuşaya köçürülməsini planlaşdırırıq”.

Bunu APA-ya açıqlamasında icmanın sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

İcma sədri bildirib ki, Qarabağdan məcburi köçkün düşmüş insanlar olaraq artıq geriyə dönmək planlarını dəqiqləşdirdiklərini bildirib: “Hətta hamımız özümüzün yaxın gələcək fəaliyyətimizi Şuşada, işğaldan azad edilmiş digər qəsəbələrdə, kəndlərdə görürük. Tez bir zamanda mümkün olduğu təqdirdə artıq biz fəaliyyətimizi bilavasitə Qarabağ bölgəsində davam etdirəcəyik”.

Tural Gəncəliyev Qarabağ Dirçəliş Fondunun üzvü kimi də bəzi məsələlərə aydınlıq gətirib: “Artıq bu fond çərçivəsində apardığımız müzakirələrin bəzi nəticələri məlumdur. İlkin olaraq, təhlükəsizlik məsələlərin həlli, ikinci infrastruktur, nəqliyyat və digər təşkilatı məsələlərin həllindən sonrakı mərhələ artıq insanların geri dönməsidir. Bu proses sosial və digər xidmətlərin təşkili, təhsil müəssisələrinin açılması ilə paralel aparılacaq. Yaxın gələcək üçün fəaliyyətimizi yalnız Qarabağda görürük. Ora dönməliyik. Orada yaratmaq, qurmaq və bərpa işləri ilə tam məşğul olmağa tam hazırıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...