Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın iclası keçirilib

Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın iclası keçirilib
Bu gün Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın iclası keçirilib.

APA-nın xəbərinə görə, bu barədə İsrail xarici işlər naziri Qabi Aşkenazi "Twitter" hesabında məlumat verib.

"Bu gün nazir Mikayıl Cabbarovla birgə İsrail və Azərbaycan Hökumətlərarası Komissiyanın iclasına həmsədrlik etməkdən məmnun oldum. Məhsuldar müzakirələr aramızdakı dostluğu əks etdirir", İsrail XİN başçısı qeyd edib.

Bu il İsraildə Azərbaycanın rəsmi Turizm və Ticarət Bürolarının açılışının planlaşdırıldığını qeyd edən Q.Aşkenazi bunu alqışladığını bildirib.

"Bu, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində mühüm addımdır", İsrail XİN başçısı vurğulayıb.

Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın iclası keçirilib
Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın iclası keçirilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
671 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...