Putin və Bayden Bakıda görüşə bilər - “Politico”

Putin və Bayden Bakıda görüşə bilər -

ABŞ Prezidenti Cozef Bayden və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş Bakıda keçirilə bilər.

“Report” xəbər verir ki, bunu ABŞ-ın “Politico” qəzeti yazıb.

Nəşr Ağ ev və Kreml sahiblərinin mümkün görüş məkanları barədə Birləşmiş Ştatların sabiq rəsmiləri və mütəxəssislərinin rəyini öyrənib. Onlar V.Putin və C.Baydenin görüşə biləcəyi yerlər arasında Çex Respublikası, İslandiya, Sloveniya və Azərbaycan paytaxtlarının adını çəkiblər.

Bildiriblər ki, Azərbaycan həm Vaşinqton, həm də Moskva ilə güclü əlaqələr qurub, lakin onu da əlavə ediblər ki, C.Baydenin belə bir seçimi ermənilərin mənfi reaksiyasına səbəb ola bilər.

Xatırladaq ki, Bakı artıq bir neçə dəfə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin və NATO Hərbi Komitəsinin rəhbərinin görüşlərinə ev sahibliyi edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
729 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...