29 il sonra Cıdır düzündə festival - FOTO

29 il sonra Cıdır düzündə festival -

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalına start verilib.

"Qafqazinfo" xəbər verir ki, Cıdır düzündə təşkil olunan festivalda musiqi kollektivləri çıxış edirlər. Bununla bağlı fotoları sosial şəbəkələrdə festivala qatılan qonaqlar paylaşıb.

Qeyd edək ki, festival Şuşanın Ermənistanın işğalından azad olunmasından sonra ilk dəfədir ki, keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan festivalın iki gün - mayın 12-si və 13-də keçirilməsi nəzərdə tutulub.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək. Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.


29 il sonra Cıdır düzündə festival -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 382 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...