“KTMT-də hər kəs hər şeyi yaxşı anlayır” - Taalatbek Masadıkov
Taalatbek Masadıkov: “KTMT-də hər kəs hər şeyi yaxşı anlayır”
Azərbaycan və Ermənistan sərhədində baş verənlərlə əlaqəli həddindən artıq emosional reaksiya (Ermənistan tərəfdən - red.) göstərilir.
Qırğızıstanın xarici siyasət və regional təhlükəsizlik üzrə mütəxəssisi, BMT-nin xüsusi siyasi missiyasının keçmiş siyasi direktoru, keçmiş prezidentliyə namizəd Taalatbek Masadıkov Caliber.Az-a verdiyi müsahibəsində belə deyib.
Onun sözlərinə görə, Ermənistanın iddia etdiyi kimi həqiqətəndə Azərbaycanın sərhəd qoşunları qonşu ölkənin ərazisinə girmiş olsaydı Rusiya tərəfi bunu qeyd edə və təsdiqləyə bilərdi.
“Ancaq bu gün biz RF Xarici İşlər naziri Serqey Lavrovun sərhədlərin demarkasiyası və delimitasiyası prosesində Kremlin köməklik göstərməyə hazır olduğunu söylədiyini görürük”.
Müsahib söhbətin həm də vasitəçi, məsləhətləşmə xarakterli olduğunu vurğulayıb.
“Şübhəsiz ki, Moskva kartoqrafik materiallar təqdim edə bilər. Həm Bakı, həm də İrəvan nələrin baş verdiyini yaxşı bilir. Azərbaycan tərəfi məsuliyyətlə bildirir ki, heç bir işğal olmayıb, sərhəddi öyrənmək və delimitasiyaya hazırlaşmaq üçün normal texniki işlər gedir. Bu kimi məsələlər qısa müddətdə tərəflər arasında iş qaydasında həll olunmalıdır”, - deyə o, əlavə edib.
Politoloq Ermənistanın KTMT-yə müraciəti və bu təşkilatın reaksiyası barədə düşüncələrini də bölüşüb.
“Erməni tərəfi münaqişəni həll etmək üçün həm Kremlə, həm də KTMT-yə üz tutdu. Amma axı heç bir münaqişə yoxdur! Bundan əlavə, KTMT-nin müdaxilə etməsi ehtimalı azdır, çünki bu strukturda qərarlar konsensusa əsaslanır. Bundan əlavə, KTMT-nin bütün üzvləri mövcud vəziyyətin səbəblərini və tarixini yaxşı bilirlər”.
Sabiq prezident həmçinin KTMT-də iştirak edən iki dövlətin - Qırğızıstan və Qazaxıstanın həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olduqlarını xatırlatdı.
“Ayrılıqda qeyd edim ki, son illərdə Türk Şurasına üzv dövlətlər əlaqələri dərinləşdirdilər və yalnız mədəni məsələləri deyil, təhlükəsizlik mövzusunu da ciddi şəkildə müzakirə edirlər. Təbii ki, bu amil məslənin KTMT-də müzakirə olunacağı təqdirdə Bişkekin və Nur-Sultanın qərarlarına təsir edəcək”, - deyə o, sözlərini yekunlaşdırıb.
908 dəfə oxundu