Şoyqu Ermənistanın müdafiə naziri ilə sərhəddəki gərginliyi müzakirə edib

Şoyqu Ermənistanın müdafiə naziri ilə sərhəddəki gərginliyi müzakirə edib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanla telefonla danışıb.

Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, nazirlər Qarabağda sərhəddə baş verən gərginliyi müzakirə edib.

Xəbərdə həmçinin bildirilir ki, tərəflər bölgədəki ümumi vəziyyət və Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə də danışıblar.

Xatırladaq ki, Vaqarşak Arutyunyan dünən Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradovla görüşmüşdü. “Hraparak” qəzeti həmin görüşdən sonra Ermənistanın Azərbaycanla sərhəddə bəzi məsələlərdə güzəştə getdiyini açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
736 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...