Gürcüstan səfirliyi sabahdan Azərbaycanla quru sərhədlərinin açılmasına dair məlumat yayıb

Gürcüstan səfirliyi sabahdan Azərbaycanla quru sərhədlərinin açılmasına dair məlumat yayıb

Sabahdan Azərbaycanda olan Gürcüstan vətəndaşları əvvəlcədən qeydiyyatdan keçmədən ölkələrinə qayıda biləcəklər.

Qeyd olunub ki, iyunun 1-dən etibarən Gürcüstan vətəndaşları ölkənin quru sərhədləri ilə rahatlıqla öz ölkələrinə qayıda biləcəklər.

Səfirlik Gürcüstana daxil olan şəxslərə son 72 saat ərzində əldə edilmiş PZR analizinin mənfi nəticəsini göstərən sənəd əldə etmələrini tövsiyə edib.

Qeyd edək ki, Gürcüstana daxil olan şəxslər ölkədə olmalarının 3-cü günündə yenidən öz hesablarına PZR testi verməlidirlər.

Xatırladaq ki, Gürcüstan iyunun 1-də ölkənin quru sərhədlərini açacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
689 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...