MOSKVANIN “BAYRAKTAR” QORXUSU... - "Türkiyə PUA-ları Rusiya sərhədlərinə yaxınlaşdıqca..."
“Türkiyənin hücum silahları ilə Rusiya müdafiə sistemləri arasında gizli rəqabət gedir”
Türkiyənin Pilotsuz Uçuş Aparatlarının(PUA) bir neçə münaqişə bölgəsində göstərdikləri uğurlardan sonra Rusiya və bir sıra Qərb ölkələri Ankaranın yeni silahlarından narahat olmağa başlayıblar və müdafiə sənayesinin bu sektorundakı geriliyi tezliklə aradan qaldırmaq üçün öz hökumətlərinə müvafiq hərbi dronlar hazırlamaq prosesini sürətləndirməyi tapşırıblar.
Ukrayna “Bayraktar” PUA-ları almaq barədə müqavilə imzalayanda Türkiyənin Texnologiya və Sənaye naziri Mustafa Varank deyib: ”Yaxın zamanlarda Türkiyə istehsalı olan Pilotsuz Uçuş Aparatlarını Avropanın hava məkanında görmək mümükün olacaq”
Polşanın müdafiə naziri Mariuş Blaşak söyləyib ki, onun ölkəsi rəsmi olaraq Türkiyə ilə 4 dron eskadrilyasının alınması üçün müqavilə imzlayıb. Bu sövdələşməyə əsasən 2022-ci ildə Polşaya 24 ədəd “Bayraktar TB2” Pilotsuz Uçuş Aparatının satılması nəzərdə tutulur. Beləlklə də Polşa Türkiyə istehsalı olan PUA-ları əldə edən ilk NATO dövləti olacaq.
Türkiyə ilk üçlükdədir
1974-cü il Kipr müharibəsindən sonra Qərb ölkələri Türkiyəyə silah satışına qadağa qoymuşdular və Ankara 1980-ci illərdə müdafiə sənayesinin inkişafına yanaşmada dəyişikliyə gedərək, milli resurslara söykənməklə bu sektoru modernləşdirmək qərarına gəldi. Bu, xaricdən asılılqdan tədricən milli istehsala doğru keçid idi. Sonrakı mərhələdə Türkiyə müdafiə sektorunun ixracatçıları sırasına daxil ola bildi.
Son 5 ildə müdafiə sənayesi üzrə 350 yeni layihə istifadəyə verilib. Bunun sayəsində Türkiyənin yeddi şirkəti 2020-ci ildə ABŞ-ın “Defence” jurnalının versiyasına görə dünyanın 100 ən yaxşı müdafiə müəssisəsi sırasına daxil olub. Ümumiyyətə isə, Türkiyə hərbi dron istehsalı sferasında lider ölkələr arasında ilk üçlükdədir.
Türkiyə hərbi sənaye kompleksindəki şirkətlərin sayı 56 -dan 1500-ə kimi yüksəlib və ölkənin bu sektordakı ixracatı 248 milyon dollardan 3 milyard dollara kimi qalxıb.
Hazırda Türkiyə iki tip PUA istehsal edir - zərbə və kəşfiyyat PUA-ları. Buna isə bir neçə milli şirkət cavabdehdir. Beləliklə, “Turkish Aerospace Industries” şirkəti “Anka” və “Aksungur”, Ərdoğanın kürəkəninə aid “Baykar” şirkəti isə “BayraktarTB2” və “Bayraktar Akıncı” istehsal edir.
“Baykar”şirkətinin PUA-ları qabaqcıl texniki-doyüş xüsusiyyətlərilə fərqlənirlər və onlar Türkiyə ordusunu yaxın keçmişdəki hərbi əməliyyatları zamanı öz üstünlüklərini sübuta yetiriblər.
Ölkənin hərbi potensialının inkişafında mühüm rol oynayan”Bayraktar” dronları cüzi itki və az xərclə xeyli sayda müvəffəqiyyətli hərbi əməliyyatlar keçiriblər. Bu isə əksəriyyət üçün gözlənilməz olub. Suriyanın şimalındakı hava məkanının qapalı tutulmasına baxmayaraq, PUA-lar bu rayonda aktivlik göstərərək Suriya rejiminin İdlib şəhəri ətrafındakı hərbi obyektlərini bombalayıblar.
Türkiyə PUA-ları Liviyada Xəlifə Həftərin hücumunun qarşısını almaqda yüksək effektivlik nümayiş etdirməklə, döyüşün müqəddaratında dönüş yaradıb və paytaxtın mühasirəsinin yarılmasına yardımçı olub.
Nəhayət, Azərbaycanın Türkiyədən aldığı “Bayraktar 2TB” PUA-ları Dağlıq Qarabağda Ermənistan ordusunun ağır itkilər verməsində mühüm rol oynayıb.
“Bayraktar” dronlarını istehsal edən “Baykar” şirkəti yerli və qlobal miqyasdakı PUA sənayesində öncül oyunçulardan sayılır. “Baykar” şirkəti 2012-ci ilin yanvarından istehsala başlayıb və ilk uçus sınağı 29 aprel 2014-cü ildə həyata keçirilib.
Türkiyə dronları 24 saat ərzində fasiləsiz olaraq çox yüksəklərdə uçmaq və radarlardan gizlənmək qabilliyətinə malikdirlər. Onlar raketlər və ağıllı bombalarla təchiz olunurlar və həm də real rejimdə döyüş meydanından çəkilmiş foto və video materialları hərbi bazaya göndərə bilirlər. Digər tərəfdən, yüksək manevr qabiliyyətlərilə fərqlənən bu dronların həm statik, həm də ki, hərəkət edən hədəfləri məhv etmək özəllikləri var.
Suriya, Liviya müharibəsində və Dağlıq Qarabağın azad olunması uğrunda Azərbaycanın apardığı döyüşlərdə, PKK-nın bir çox üzvlərinin məhv edilməsində Türkiyə pilotsuz aparatları ciddi izlər buraxıblar. Bu, region ölkələrini gözlərini açıb Türkiyə dronlarının böyük potensialına baxmağa məcbur edib. Bir çox ölkə öz ordusunu bu aparatlarla təchiz etməyə başlayıb.
2017-ci ilin əvvəllərində “Baykar” şirkəti Qatara bir neçə “BayraktarTB2” PUA-sı satıb, 2019-cu ildə isə həmin modeldən olan 6 ədəd PUA-nın Ukraynaya çatdırılması barədə müqavilə bağlayıb və həmin sövdələşmənin dəyəri təxminən 69 milyon dollardır.
“Anadolu” Agentliyinin verdiyi məlumata görə, Serbiya və Macarıstan da bu modeldən olan PUA-lar almaq arzusundadır.
Bundan başqa, Böyük Britaniyanın ABŞ-ın iri gövdəli “Protector” PUA-larından imtina etməsi və onu Türkiyənin daha qabaqcıl və qiymətdə münasib olan “Bayraktar Akıncı” aparatları ilə əvəzləmək niyyəti barədə xəbərlər yayılıb.
Bu ilin əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının Türkiyə dronları almaq planları barədə xəbər vermişdi. Mərakeş də Tunis kimi “Anka” dronları almaları ilə əlaqdar Türkiyə ilə tezliklə saziş imzlayacaq.
Polşa da kənarda qalmayıb, onlar Türkiyədən 24 ədəd “BayraktarTB2” alacaqlar.
Türkiyə PUA-larının qiyməti onların dünyadakı analoqları ilə rəqabət aparır. Məsələn, ABŞ-ın bir ədəd “Reaper” PUA-sının qiyməti 16 milyon dollar olduğu halda, Türkiyənin “Bayraktar TB2” aparatının qiyməti 6 milyon dollardır. Bu isə çox da zəngin olmayan ölkələrə müxtəlif regionlarda və şəraitlərdə öz səmərəliliyini sübüt etmiş “Bayraktar TB2” əldə etməyə imkan verir.
Rusiya narahatdır
Türkiyə dronlarının Rusiya sərhədləri yaxınlığında olması bu iki ölkə arasında strateji münasibətlər üçün ciddi sınaqdır. Belə hesab olunur ki, Ukrayna və Polşanın bu tip silahlara yiyələnməsi uzağa gedən nəticələrə gətirb çıxarcaq və bu, Türkiyə-Rusiya əlaqələrinə xələl gətirə bilər.
Şübhəsiz ki, Türkiyə PUA-ları Moskvanı narahat edir. Xüsusən də Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin PUA-ların Suriya, Liviya və Azərbaycandakı hücumlarını dəf edə bilməməsi rusların narahatlığını artırır.
Bəllidir ki, Rusiya müdafiə sistemlərilə Türkiyənin hücum silahları arasında gizli rəqabət gedir və burada türk silahları tərəzinin ağır tərəfidir.
Kreml görür ki, Ukrayna Rusiyanın “Tor” və “Pansır” müdafiə sistemlərinə qarşı öz səmərililiyini sübut etmiş Türkiyə PUA-larından istifadə etmək üçün necə səy göstərir. Kiyev Donbas regionunun geri qaytarılması üçün bu dronlardan istifadə etməklə Azərbaycanın Qarabağda həyata keçirdiyi ssenarini təkrarlamağa çalışır. ABŞ-ın Ukraynanı dəstəkləməsi də Rusiyanı bərk narahat edir.
Əlbəttə, Ankara regional və qlobal məsələlərdəki Türkiyə-Rusiya əməkdaşlığına qarşı Ukraynadakı Amerikan tələsini yaxşı görür. Ona görə də Türkiyə özünün Rusiya ilə kommersiya, hərbi və strateji münasibətlərini riskə atmayacaq. Bunun əvəzinə Türkiyə çalışır ki, Ukrayna arenasında Moskvaya müəyyən təsirlər göstərsin ki, digər məsələlərdə güzəşətlər əldə edə bilsin.
“NoonPost” - Misir
741 dəfə oxundu