Ermənistan Qərblə Rusiya arasında “bazarlığa” çıxarılır – kritik gəlişmə
İrəvan doğru yolu bula bilmir; Paşinyan Minsk Qrupu həmsədrləri hesabına Moskvanın təsirini zəiflətməyə çalışır; məğlub ölkə xaosa sürüklənə bilər – seçkilər olsa da, olmasa da…
Ermənistanda daxili siyasi intriqa getdikcə güclənir. 20 iyun parlament seçkilərindən qaynaqlanan bu intriqada əsas qarşı duran tərəflər artıq məlumdur. Bu – baş nazir əvəzi Nikol Paşinyan və onun komandası, bir də sabiq prezident Robert Köçəryanın timsalında Qarabağ klanı – “Hayastan” (“Ermənistan”) blokudur. Seçki günü yaxınlaşdıqca rəqiblərin qarşılıqlı ittihamları da artır. Paşinyan hətta Köçəryanı açıq debata çağırıb.
Təbii ki, ən böyük maraq və diqqət məhz hakim qüvvəyə, daha dəqiqi, Nikol Paşinyanın mövqeyinə verdiyi bəyanat və açıqlamalardır. Çünki hər necə olmasa, hakim partiya hələ də ölkədə ən yüksək reytinqə malikdir. Bundan əlavə, əgər Robert Köçəryan Rusiyaya sadiq qüvvələri təmsil edirsə, Nikol Paşinyan haqda bunu söyləmək, yumşaq desək, mümkün deyil. 44 günlük müharibədən acınacaqlı məğlubiyyətlə çıxmış ölkədə siyasi rəqabətə əlavə və ciddi çalar qatan amillərdən biri də budur. Yəni son zamanlar Azərbaycanla mübahisələrin qızışmasına süni şəkildə rəvac verən qərbyönlü Paşinyanın öz beynində konkret nəyi nəzərdə tutması…
*****
“Texniki baxımdan, Paşinyan Rusiyanın dəstəyindən imtina etmir, ancaq milli suverenlik məsələlərinə o, laqeyd yanaşaraq, dolayı yolla Ermənistanı Qərblə Rusiya arasında bazarlığa çıxarır”.
Ermənilərin böyük köçü: İrəvanda əks-inqilab ruzigarı -
“Yeni Müsavat” xəbər verir ki, bu fikir erməni siyasi şərhçi Robert Qazaryanın “Vestnik Kavkaza” portalındakı müəllif məqaləsindəndir.
Onun sözlərinə görə, qərbyönlü siyasi baxışlara sadiq qalan Paşinyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin hesabına İrəvana Moskvanın təsirini zəiflətməyə çalışır. “Bu mövqe isə erməni siyasətinin rusofil qanadını bərk qıcıqlandırır. Sonuncular ehtiyat edirlər ki, bu, Moskvanın kəskin reaksiyasına səbəb olar. Öz narahatlığını Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da gizlətməyib və bildirib ki, Nikol Paşinyanın siyasi uzaqgörənliyinin olmaması vətəndaş müharibəsinə gətirə bilər”, – müəllif qeyd edib.
Onun qənaətincə, son bir ayda yaşanan hadisələr göstərir ki, baş nazir əvəzi həqiqətən də sərhəddəki vəziyyətə nəzarət etmir. “Bunun əvəzinə Nikol Paşinyan seçkilərə hazırlaşır. Özü də əsas rəqibi Köçəryan da daxil olmaqla, indiki bütün müxaliflərin nə Moskva, nə də Qərb üçün maraq kəsb eməməsindən süi-istifadə edərək. Ancaq Ermənistandakı abı-hava bundan sonra da sərhəddəki qeyri-müəyyənlik qorxusundan qaynaqlanmağa davam edərsə, ölkənin cənubu problemli bir bölgəyə çevrilə və Ermənistanın özü isə xaosa yuvarlana bilər”, – deyə erməni təhlilçi sonda narahatlıqla əlavə edib.
*****
Xaosdan qaçmağın ən effektli yolu isə məlum: seçkilər oldu-olmadı, qonşu Azərbaycan və Türkiyə ilə əlaqələri təcili şəkildə qaydaya salmaq, onlara qarşı əsassız ərazi iddialarından rəsmən vaz keçmək, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli sənədlərin Ermənistana aid bəndlərini qeyd-şərtsiz yerinə yetirmək. Məğlub ölkədə siyasi mübarizə hakimiyyətdən daha çox, məhz bu hədəf uğrunda getməlidir. Çünki söhbət Ermənistanın olum-qalım məsələsindən, onun taleyindən, ona xilas üçün açılan bəlkə də sonuncu şans pəncərəsindən gedir.
Əfsus ki, bu istəyi görmürük. Əvəzində isə bitməyən sərhəd təxribatlarına, “Ermənistanın bazarlığa çıxarılmasına” şahidlik etməkdəyik.
“Ermənistan tərəfdən sərhəd təxribatına parlament seçkiləri ərəfəsində cəhd olunması təsadüfi deyil. Görünür, Paşinyan öz seçicilərinə hansısa kiçik bir ”qələbə” nümayiş etdirmək istəyib. Yəni ki o da cavab vermək, “diş göstərmək” gücündədir. Di gəl, bunun yerinə Putinin az öncə dediyi oldu. Onun dişlərini qırdılar. Beləcə, Ermənistan növbəti fiaskoya, daha bir ağrılı uğursuzluğa düçar oldu”.
Musavat.com-un məlumatına görə, bu sözləri “Moskva-Bakı” virtual körpüsü zamanı rusiyalı politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
İqor Korotçenko: Paşinyanın riyakar siyasəti hamını bezdirib - İki sahil
Korotçenkoya görə, hazırda Ermənistan hərbi planda onu təqib edən biabırçı uğursuzluqlar qarşısında psixoloji kompensasiyaya ehtiyac duyur: “İkinci Qarabağ müharibəsindəki darmadağın və təslimiyyət, sərhəddə Azərbaycan əsgərlərinin göstərdiyi psixoloji üstünlük: yayılan videolarda silahlı erməni əsgərlərinin özlərinə aid olmayan əraziləri necə itaətkarcasına tərk etdiyini görürük. Bu, erməni cəmiyyətində böyük psixoloji kollaps yaradır”.
Son təxribat cəhdinin konkret olaraq Paşinyanın qərarı əsasında olub-olmadığı haqda danışan analitik bildirib: “Aydındır ki, bu hərəkət ən azı Baş Qərargah rəisi, bəlkə də müdafiə naziri səviyyəsində sanksiyalaşdırılıb. Çünki belə əməliyyatın aşağı və orta ranqlı erməni komandirləri tərəfindən müstəqil şəkildə həyata keçiriləcəyini təsəvvürə gətirmək çətindir. Bu istisnadır. Düşünürəm ki, hərbi rəhbərlik səviyyəsində sanksiya verilib. Bəs belə sanksiya Paşinyanın razılığı olmadan mümkün idimi? Ehtimal 50:50-yədir”.
Rusiyanın suriyalı və livanlı muzdluları Qarabağa göndərdiyinə dair SENSASİON FAKTLAR » Miq.AZ Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
İstənilən halda, politoloq hesab edir ki, son təxribat olayı Ermənistan üçün növbəti dərs, onun hərbi komandanlığı üçün isə belə şeylərlə məşğul olmağa gərək olmadığının göstəricisidir: “Çünki bu cəhdlərin qarşısı dərhal alınacaq. Ən əsası, belə təxribatlar səmərəsizdir, ona görə ki, bu gün Azərbaycan Ordusunun döyüş hazırlığı səviyyəsi, o cümlədən mənəvi və psixoloji səviyyəsi Ermənistan ordusunun analoji göstəricilərindən qat-qat yüksəkdir. O səbəbə Ermənistanda revanşla bağlı bütün fikirlər həyatın sərt həqiqətinə gedib dəyərək çilik-çilik olur”.
Korotçenkonun sözlərinə görə, bu gün Nikol Paşinyanın söylədiyi və etdiyi hər şeyə müstəsna olaraq, onun gələcək şəxsi taleyini müəyyənləşdirəcək qarşıdakı seçkilər prizmasından baxmaq lazımdır. “Paşinyanın açıqlamalarının dəyəri yalnız seçkilərdən sonra dəqiq bilinəcək. Əgər o, məğlub olsa, ölkədən buraxılmayacaq və erməni generallarının uğursuzluqlarına görə ”günah keçisi” kimi müttəhimlər kürsüsündə oturacaq. Baş nazir əvəzi özü və ailəsi üçün olan bu riski anlayır. O səbəbdən onun hazırkı davranışları təkcə siyasi mübarizə deyil, eyni zamanda siyasi sağ qalmaq məntiqinə söykənir. Biz Paşinyanın KTMT və Rusiyanı vəziyyətə şərik eləmək mövzusunda necə oynamasını bir daha gördük. Ancaq həm Moskva, həm də KTMT münaqişənin həllinin siyasi və diplomatik yollarının lehinə danışdı, bunu vurğuladı. KTMT-də Ermənistanın və Paşinyanın kim olduğunu çox yaxşı başa düşürlər. İrəvan KTMT-nin əli ilə “şabalıdları” oddan çıxara bilməyəcək. Ermənistanın indi inqilaba, təlatümlərə deyil, sakit inkişafa ehtiyacı var. Bu da yalnız region ölkələri ilə nəqliyyat əlaqələrinin blokadadan çıxarılması, bütövlükdə iqtisadi əməkdaşlıq daxil olmaqla, Dağlıq Qarabağ nizamlanmasına dair üçtərəfli bəyanatın həyata keçirilməsini əhatə edən mehriban qonşuluq münasibətləri sayəsində mümkündür. Bunsuz Ermənistan son 30 ildə hansı durumda idisə, elə də qalacaq – yoxsul və miskin”, – deyə rusiyalı ekspert xəbərdarlıq edib.
20 iyun seçkiləri də əslində daha çox bu suala aydınlıq gətirməlidir: baş nazir kim olur-olsun, İrəvan mehriban qonşuluq münasibətlərinə hazırdırmı?..
626 dəfə oxundu