“Qarabağı mütləq qaytaracağıq!” – Bacısı Bakıda ərdə olan erməni milyarder...
“A.Abramyanı Putinin hələ 2015-ci ilin payızında Serjik Sərkisyanın yerinə hakimiyyətə gətirmək planları haqda informasiyalar yayılmışdı...”
“Bu gün Ermənistanda bir neçə problemlə qarşılaşırıq ki, bunlardan biri də Qarabağ məsələsidir. Biz nə edilməsi lazım olduğunu açıq şəkildə ifadə etmişik və problemin həlli üçün mexanizmləri də təqdim etmişik”.
Moderator.az xəbər verir ki, qəsbkar Ermənistan mediasının yazdığına görə, bunu Rusiya Erməniləri İttifaqının sədri, erməni milyarder Ara Abramyan İrəvanda keçirdiyi mətbuat konfransında bəyan edib.
“Qarabağ heç vaxt Azərbaycana məxsus olmayıb. Bəli, mən başa düşürəm ki, Azərbaycan və Türkiyə dövlətdirlər, amma bu, Qarabağın onlara qalacağı anlamına gəlmir. Biz mütləq Qarabağı qaytaracağıq!.. Yenə də deyirəm, komandamız məsələni araşdırıb, bu mövzuda beynəlxalq məhkəməyə müraciət edəcəyik. Hələ bu müharibənin nəticələri üçün də məhkəməyə müraciət etməliyik” –deyə erməni iş adamı çıxışının ardında bildirib.
Xatırladaq ki, bir müddət öncə politoloq Cümşüd Nuriyev saytımıza açıqlamasında Ara Abramyanın hazırda Bakıda yaşayan bacısının ötən illərdə adı gömrük korrupsiyasında hallanmış “məşhur” iş adamlarından birinin arvadı olduğunu bildirib. Həmin vaxt qarşı tərəfdən bu məlumata heç bir təkzib verilməmişdi...
Onu da qeyd edək ki, hazırda erkən parlament seçkilərinə qatılan A.Abramyanı Putinin hələ 2015-ci ilin payızında Serjik Sərkisyanın yerinə hakimiyyətə gətirmək planları haqda informasiyalar yayılmışdı...
972 dəfə oxundu