“Hakimiyyətə gəlsək, Zəngəzur dəhlizindən söhbət gedə bilməz” - Serj Sarkisyan

“Hakimiyyətə gəlsək, Zəngəzur dəhlizindən söhbət gedə bilməz” -
Ermənistanın eks-prezidenti, “Şərəf duyuram” blokunun faktiki lideri Serj Sarkisyan yeni açıqlamalar verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, seçicilərlə görüşü zamanı hakimiyyətə gəlsələr Zəngəzur dəhlizi ilə bağlı söz-söhbətlərə son qoyacaqlarını bildirib:

“Biz heç kəsə dəhliz verə bilmərik. Regionda kommunikasiyaların açılmasında problem yoxdur. Amma hansı dəhlizdən söhbət gedir? Yəni, biz Azərbaycana dəhliz verməyə məcburuq? Hansı sənədə əsasən? Hansı razılaşmaya görə? Niyə? Biz onları (Paşinyan hakimiyyəti) udsaq, heç bir dəhlizdən söhbət gedə bilməz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 183 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...