Qlobal Jurnalistlər Şurası azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı bəyanat yayıb

Qlobal Jurnalistlər Şurası azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı bəyanat yayıb
Qlobal Jurnalistlər Şurası azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı bəyanat yayıb
Qlobal Jurnalistlər Şurası Kəlbəcərdə mina partlayışı nəticəsində Azərbaycanın iki media işçisinin şəhid olması ilə bağlı bəyanat yayıb.

"Gundeminfo"nun xəbərinə görə, bəyanatda deyilir:

"4 iyun 2021-ci il tarixində səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov şəhid olub. Peşə fəaliyyətlərini yerinə yetirən zaman şəhid olan həmkarlarımızın adları Azərbaycanın şanlı Qarabağ Zəfərinin qəhrəmanları arasında yazıldı.

Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarını azad edib. 44 günlük müharibədən sonra 2020-ci il noyabrın 10-da atəşkəs müqaviləsi imzalanıb. Atəşkəsdən 7 ay keçməsinə baxmayaraq Ermənistanın vəhşiliyi hələ də davam edir. Bu hadisələr dünyanın gözü qarşısında baş verir və bölgədəki erməni vəhşiliyini dönə-dönə ortaya qoyur. Xaincəsinə edilən hücumlar və hazırlanan tələlərlə günahsız insanları öldürməyə davam edən Ermənistanın hərəkətlərini şiddətlə qınayırıq.

Allah hörmətli həmkarlarımız Məhərrəm İbrahimov və Sirac Abışova rəhmət eləsin! Onların ailələrinə, Azərbaycan və Türkiyə xalqlarına və həmkarlarımıza başsağlığı verir, onları heç vaxt unutmayacağımızı vurğulamaq istəyirik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 339 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...