“İstəsəydim, sakit bir küncə çəkilib öz var-dövlətimi yeyərdim“ - İqbal Ağazadə

“İstəsəydim, sakit bir küncə çəkilib öz var-dövlətimi yeyərdim“ -

“Mən çox varlı insanam. Fərqi yoxdur, kim necə qiymətləndirir, o anlamda. Siz məndən varlı olduğumu soruşdunuz, mən də etiraf etdim. Cəmiyyətimiz sovet tərbiyəsindən, sovet şüurundan, düşüncəsindən yavaş-yavaş çıxmalıdır. Artıq biz 30-cu ildə yaşamırıq və sovet quruluşu yoxdur”.

Gundeminfo.az xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbl Ağazadə Bakupost.az-a müsahibəsində deyib.

“Düşünməsinlər ki, kim rəiyyət balasıdırsa, o, kolxoz sədri, raykom katibi olacaq. Niyə insanlar sevinmir ki, varlı dedikləri İqbal Ağazadə pulu, imkanı ola-ola cəmiyyətin haqqı uğrunda vuruşur?! Hər halda ümumi cəmiyyətin ab-havasına baxanda dediyiniz varlı İqbal Ağazadə gedib sakitcə öz var-dövlətini yeyərdi, özü üçün yaşayardı, heç kimin haqqı uğrunda da vuruşmazdı. Nə həbsxanaya düşərdi, nə seçkilərdə mübarizə aparıb hakimiyyətin saxtakarlığı ilə üz-üzə qalardı. Əslində, cəmiyyət bu şeylərə sevinməlidir”,-deyə siyasətçi qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
987 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...