Eldar Həsənovun yerinə kim təyin ediləcək?- Serbiyaya yeni səfir təyinatı gözlənilir

Eldar Həsənovun yerinə kim təyin ediləcək?-
2020-ci ilin avqustun 13-də Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib. Həbs olunduqdan sonra 17 avqust 2020-ci ildə səfir vəzifəsindən geri çağırılıb.

Editor.az məlumatlı mənbələrə istinadən xəbər verir ki, təxminən bir illik fasilədən sonra Azərbaycanın Serbiyadakı səfiri postuna təyinat gözlənilir. İddialara görə, Serbiyada Həsənovu hazırda Xarici İşlər nazirliyində yüksək post tutan Kamil Xasıyev əvəz edəcək. Yaxın günlərdə Kamil Xasıyevlə bağlı sərəncam imzalanacağı gözlənilir.

Editor.az xatırladır ki, Kamil Xasıyev bundan əvvəl Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 332 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...