Azərbaycan və Ermənistan Rusiyadan üz döndərir?

Azərbaycan və Ermənistan Rusiyadan üz döndərir?

Ötən həftənin şənbə günü Azərbaycanla Ermənistan arasında əldə olunan razılığa əsasən Ağdamın minalanmış ərazilərinin xəritəsinin müqabilində 15 erməni diversantı öz ölkəsinə qaytarıldı.

Prosesdə Rusiyanın oyundankənar vəziyyətdə saxlanılması, Gürcüstan, ABŞ və Avropa İttifaqının iştirakı maraqlı müzakirələrin meydana çıxmasına səbəb oldu.

Regionda nə baş verir? Azərbaycan və Ermənistan Rusiyadan üz döndərir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynlinin fikrincə, əsas odur ki, bu dəfə dövriyyəyə vasitəçi qüvvə daxil olmadı. Azərbaycan və Ermənistan hərbi nümayəndələri bir-biri ilə üz-üzə görüşdülər və əsirlərin nəyin müqabilində dəyişdiriləcəyini soruşdular: "Onlardan azad olunmuş bütün ərazilərin mina xəritələrini istədik. Onlar bütün ərazilərin xəritələrini versəydilər, biz bütün əsirləri azad edərdik, lakin yalnız Ağdam rayonunun mina xəritəsini verdilər. Biz də ona görə cəmi 15 nəfəri azad etdik. Burada Rusiya heç bir vasitəçilik etmədi. İki dövlət nümayəndəsi bu dəfə bir-birini yaxşı başa düşdü. Məncə, normal anlaşma əldə edildi. Bəlkə, bundan sonra da elə bu praktikaya müraciət ediləcək, bunu zaman göstərəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
702 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...