Lavrov əlində olan mina xəritələrini Azərbaycana niyə verməyib?

Lavrov əlində olan mina xəritələrini Azərbaycana niyə verməyib?
“Siyasətdə yalnız və yalnız maraq üstünlük təşkil edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanın Baş nazir səlaiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyanın minalanmış ərazilərin xəritələrinin Lavrova verilməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib. Onun fikrincə, bütün bu məsələlər alver mövzusudur:

“Nəyisə verib, nəyisə almaq istəyirlər. Burada heç bir ülvi hisslər, məsələlər və insani dəyərlərdən söhbət gedə bilməz. Bütün münaqişə, şəhərlərin xarabalığıa çevrilməsinin hər birinin arxasında səthi sövdələşmələr dayanır, hansısa bir mənfəətin güdülməsidir”.

Qeyd edək ki, Ermənistanın Baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan açıqlamasında bildirib ki, Ağdam rayonunun minalanmış ərazilərinin xəritələrini eyni zamanda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova da verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
703 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...