Ceyhun Bayramov Qaqauziyanın rəhbəri ilə görüşdü

Ceyhun Bayramov Qaqauziyanın rəhbəri ilə görüşdü

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlah ilə görüşüb.

Gundeminfo.az xəbər verir ki, nazir Azərbaycan və Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla vurğulayıb. O, 44-günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə törədilən geniş miqyaslı dağıntılar, eləcə də hazırda həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib.

İrina Vlah Qaqauziyada Heydər Aliyev Fondu tərəfindən 650 yerlik yeni məktəbin inşa edildiyini qeyd edərək, bu kimi təşəbbüslərin iki ölkə arasında olan dostluq münasibətlərinin genişləndirilməsi istiqamətində mühüm rol oynadığını vurğulayıb.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 125 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...