Ayvazyan məhbuslarla bağlı ittihamlara cavab vermədi

Ayvazyan məhbuslarla bağlı ittihamlara cavab vermədi

Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın onun əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirməkdən boyun qaçırıb. Azvision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Mən absurd hücumlar və böhtanlara münasibət bildirmirəm. Bu müddət ərzində kimin nə etməsi, hər şey sənədləşdirilir və qeyd olunurdu. Xatırladım ki, istefamdan bir həftə əvvəl baş nazir (Paşinyan-red.) hökumətin iclasında Xarici İşlər Nazirliyinin səmərəli işini yüksək qiymətləndirdi”, - deyə Ayvazyan bildirib.

Xatırladaq ki, bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sabiq xarici işlər naziri Ara Ayvazyanı erməni məhbusların geri qaytarılması prosesini pozmaqda günahlandırıb.

Qeyd edək ki, Ara Ayvazyan 27 may tarixində istefa verib. Onun ardınca XİN rəhbərinin daha 4 müavini vəsifəsindən ayrılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
758 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...