“Heç kim Qarabağ böhranının inkişafında maraqlı deyil” - Putin

“Heç kim Qarabağ böhranının inkişafında maraqlı deyil” -

“Heç kim Qarabağ böhranının inkişafında maraqlı deyil”. TASS-ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bəyan edib. “Rusiya bu ciddi böhranın həllində müəyyən bir rol oynayıb. Heç kim - nə Ermənistan, nə də Azərbaycan onun inkişafında maraqlı deyil”, - deyə RF-nın dövlət başçısı bəyan edib.

V.Putin hazırda bir çox problemin olduğunu vurğulayıb: “İnfrastruktur, Ermənistan və Azərbaycan arasındakı sərhədlərin müəyyənləşməsi (Xüsusilə heç vaxt sərhəd olmadığı yerlərdə) ilə bağlı problemlər var. Hazırda məsələlərin tənzimlənməsi üzərində iş gedir”, - deyə o, bildirib.

“Xüsusi üçtərəfli qrup yaratmışıq və bu vəziyyəti həll etmək üçün hər şeyi edəcəyik”, - deyə Putin əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...