Paşinyan yezidilərin liderlərini cəzalandırdı
19-cu əsrdə rusların Osmanlı və Qacariyyə (indiki İran) dövlətlərindən İrəvan xanlığına köçürərək Cənubi Qafqazda Türklər arasında bufer zona yaratdığı Ermənstan monoetnik xarakteri ilə fərqlənir. 2011-ci ildə keçirilən əhalinin siyahıya alınmasının nəticələrinə görə, hazırda Ermənistan vətəndaşlarının 98.1% ermənilərdən ibarətdir. Halbuki, ABŞ-ın ermənişünas alimi Corc Burnutyanın təsbitlərinə inansaq, rus işğalından əvvəl İrəvan xanlığının cəmi 17.6%-ni ermənilər, 82.4%-ni isə Türklər təşkil edirdi. Rusiyanın himayəsi ilə 150 il ərzində aparılan köç və etnik təmizləmə siyasətindən sonra bu gün Ermənistanda, demək olar ki, yalnız 1 etnik azlıq yaşayır – yezidilər. Onların sayı isə əhalinin cəmi 1.2%-nə təqabül edir – 35.272 nəfər (2011-ci ildə keçirilən Ermənistan əhalisinin siyahıyaalınması). Kürdlər, süryanilər və s. kimi etniklərin sayı isə 2 min civarındadır. Məhz bu səbəbdən onları etnik qrup yox, sadəcə icma saymaq olar. Yezidilərdən sonra ikinci böyük icma sayılan ruslar isə 10 mindən bir qədər çoxdur.
Ermənistan yezidiləri ölkənin müxtəlif kəndlərində icma halında yaşayırlar. Hər böyük kəndin 5-10 min əhalidən təşəkkül tapdığını nəzərə alsaq, 35 min rəqəmi cəmi 4-5 kənd sakinlərinin sayına bərabərir. Bəs bir neçə kənddən ibarət olan yezidi icması öz ölkələrinin nə qədər hüquqlu vətəndaşları sayıla bilərlər?
Zənnimizcə, bu sualın ən dolğun cavabı ölkənin Araqatsotn rayonunun yezidi kəndlərində yaşanan bir hadisədə öz əksini tapıb.
Ovqat.com-un məlumatına görə, Ermənistanın 4 yezidi icmasının (kənd) rəhbəri kollektiv şəkildə istefa verib. Bunlar Ddmasar, Ərcut, Sorik və Otevan kəndlərinin rəhbərləridir.
Ermənistanın Aravot.am nəşri bildirir ki, icma başçıları öz arzuları ilə istefa verməyiblər. Onlar Araqatsotna qubernatoru David Gevorqyanın tələbi ilə bu addımı atmağa məcbur olublar. Faktı icma başçılarının özləri də təsdiqləyiblər.
Cəzalandırılan icma liderlərinin isə çox “önəmli günahları” nə olsa yaxşıdır? - onların idarə etdikləri kəndlərin əhalisinin böyük qismi son parlament seçkilərində Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi" partiyasına yox, rəqib seçki blokuna səs verib. İcmaların bu seçiminin çanağı isə rəhbərlərinin başında çatlayıb.
Maraqlıdır ki, Ermənistanda icma başçıları seçki yolu ilə müəyyənləşirlər. Başqa sözlə, yerli özünüidarə orqanlarına keçirilən seçkilər nəticəsində icma rəhbəri mandatı qazananların təyinatla postla əyləşdirilən qubernator tərəfindən işdən qovulması əsl skandal kimi qiymətləndirilə bilər.
"Seçkilərdən sonra istefa verdim. Mən tək deyiləm. Yezidilərin 4 icmasının liderləri də eyni addımı atıblar. Əgər istefa vermək fikrində olsaydım, seçkilərə qədər bunu edərdim. Bir halda ki, bu, seçkidən sonra baş verib, artıq özünüz nəticə çıxarın", - Otavan icmasının rəhbəri Camal Salmoyan Aravot.am nəşrinə açıqlamasında belə deyib. Jurnalistin “bəs niyə öz hüquqlarınız uğrunda mübarizə aparmırsınız” sualına isə yezidi liderin cavabı xeyli maraqlı olub: “Bunu artıq biz yox, siz etməlisiniz”.
Cəmi cümlətani bir neçə kənddən ibarət olan ən böyük etnik azlığın liderinin bu sözləri yezidi icmasının Ermənistandakı ağır vəziyyətinin ən gözəl ifadəsidir.
Jurnalistin rayon qubernatorunun onunla həqiqətən danışıb-danışmadığını, istefaya getməyə çağırıb-çağırmadığını dəqiqləşdirmək üçün verdiyi suala Camal Salmoyanın cavabı da diqqətçəkicidir: “Məni çağırdılar. Mən nə deyə bilərəm? Bütün icma rəhbərləri eyni vəziyyətdədir".
Ddmaşen ismasının rəhbəri Qarqo Oseyyan da istefa verdiyini təsdiqləyib: "İstefa ərizəsini verdim və bununla da vəzifəmi bitirdim. Onların məni istefaya çağırmaq haqları yox idi, amma nə deyə bilərəm? Mən ərizə verdim və işdən çıxarıldım, nə etməliyəm? Mən seçkilərdə iştirak edəcəyəm. Mən öz vəzifəmin icraçısı idim. Mən detallara varmaq istəmirən. İstefa verdim və kənara çəkildim. Heç bir ad da çəkmək istəmirəm".
Yeri gəlmişkən ki, ermənilərdən fərqli olaraq yezidiləri bu coğrafiyanın əzəli etnikləri sayıla bilərlər. Baxmayaraq ki, onlardan bəziləri ermənilər kimi Rusiyanın Osmanlı və Qacariyyəyə qarşı müharibələri nəticəsində qədim Türk torpağı İrəvan xanlığına köçürülüb və müxtəlif kəndlərdə yerləşdiriliblər. Məlumatlara görə, I Dünya müharibəsinin sonlarında Sovet Rusiyası ilə İttifaq dövlətləri arasında bağlanan Brest-Litovsk sülh müqaviləsindən sonra indiki Ermənistan ərazisinə yezidilər də köçürülüb və bölgədə məskunlaşdırılıblar. Bununla belə, Osmanlı dövlətinin 1897-ci ildə keçirdiyi əhalinin siyahıyaalınmasının nəticələri bölgədə rus işğalından əvvəl də yezidilərin yaşadığını göstərir. Həmin siyahıyaalınmaya görə, İrəvan xanlığında 14 min 726 yezidi var idi.
Deyə bilərsiniz ki, ona qalsa işğaldan əvvəl sayları 25 mindən çox olan ermənilər yezidilərdən 11 min nəfər çox idilər. Necə olur ki, biz erməniləri yox, yezidiləri İrəvanın yerli icması sayırıq?
Məsələ burasındadır ki, ermənilərin 19 əsrin ilk illərində indiki Ermənistan ərazisində həqiqətən də 12 min olub – olmaması şübhə doğurur. Çünki ermənişünas alim Corc Burnutyanın söykəndiyi sənəd böyük ehtimalla 1897-ci il Osmanlılara məxsus əhalinin siyahıyaalınması sənədləridir. Həmin siyahıyaalma zamanı Osmanların Nüfus Dairəsinə rəhbərlik edən Mıgırdıç Sinabyan adlı erməni idi və sayım prosesi onun nəzarəti altında keçirilirdi. Sinabyanın sayımı ermənilərin lehinə saxtalaşdırmağı bəlli deyil. Eyni şəkildə C. Burnutyanın özü də ABŞ-da yaşamasına baxmarayaraq İran ermənisidir və sənədləri saxtalaşdıraraq özlərinə tarix yaratmaq bütün ermənilərin milli xəstəliyidir.
Acınacaqlıdır ki, İrəvan xanlığı rusların himayəsi altında ermənilərin əlinə keçməsindən sonra təkcə müsəlman türklərin yox, yezidilərin də sayında azalamalar yaşanmışdı. 1926-cı ildə keçirilən Ermənistan əhalisinin siyahıya alınmasında yezidilərin sayı 14.523 olaraq göstərilirdi. 1897-ci ildən 1926-cı ilə qədər 30 il keçməsinə baxmayaraq, yezidilərin sayının artmaması, əksinə azalması yalnız bir səbəblə - rus və erməni şovinistlərinin apardığı etnik təmizləmə siyasəti ilə izah oluna bilər.
SSRİ-nin qurulduğu tarixdən son günlərinə qədər keçən 70 il ərzində daha şiddətli şəkildə yürüdülən etnik təmizləmə siyasəti Azərbaycan türklərinin Ermənistandan tamamən silinməsi ilə nəticələnsə də, bu proses yezidilərdən yan keçmiş, əksinə onların artımına səbəb olmuşdu. 1989-cu ildə 56 mini keçən yezidilər SSRİ-nin dağılmasından sonra ermənilərin şovinist siyasətlərindən öz nəsibini almışlar. 2001-ci ildə onların sayı 16 min azalaraq 40 minə düşmüş, 2011-ci ildə isə bu say 35 minə geriləmişdi. Son 10 il ərzində Ermənistanda nə qədər yezidi qaldığı bilinməsə də, cəmi bir neçə kənddən ibarət olan bu icmanın təmsilçilik haqları ortadadır. Hətta siyasi hakimiyyətin “qırmızı cizgisini” keçməyənə qədər onların öz icma başçılarını seçmək hüquqları var.
Qeyd edək ki, ad bənzərliyi səbəbindən yezidilər bəzən İmam Hüseynin qanını tökən Əməvi hökmdarı Yezid ibn Müaviyənin davamçıları və yolundan azmış islami təriqət sanılırlar. Bu, yanlış qənaətdir və yezidilərin islam mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur. Yezidilik atəşpərəstlik dininin bir qalıntısıdir, əsasən qədim Mesopotamiya, indiki İraq və Suriyanın qüzeyində dağlıq ərazilərdə yayılıb. Kommunist nəzəriyyədən qidalanan PKK-çılar Şimali İraqdakı yezidilərin bu dinlərini özlərinin əski inanışları sayıb onları kürd hesab etsələr də, Ermənistandakı yezidilər bu fikirlə razışlaşmırlar. Ermənistan yezidiləri özlərini ayrıca bir xalq sayırlar.
İstər İraq və Suriyada, istərsə də Ermənistanda basqılarla üzləşdiklərindən xaricə axışan yezidilər getdikcə əriyib yox olan topluluqlardandır. Hazırda dünyada 800 mindən az yezidi yaşayır.
Yezidi sözünə gəlincə, bəzi araşdırmaçıların fikrincə, bu Azda sözündən əmələ gəlib. Azda yezidilikdə yaradan Allahın adıdır. Zərdüştilik dinindəki “Yaxşılıqlar Allahı” Ahura Məzdanın təhrif olunmuş forması ola bilər.
Heydər Oğuz,
Ovqat.com
1 068 dəfə oxundu