Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılacaq? (ŞƏRH)

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılacaq?

"Ehtiyac olarsa, Azərbaycan bu barədə qərar qəbul edə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbçi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov ABŞ və digər Qərb dövlətlərinin Əfqanıstandan qoşunlarını çıxarması və bu vəziyyətdə Talibanın güclənməsi fonunda orada sülhməramlı missiyanı həyata keçirən 120 nəfərlik Azərbaycan kontingentinin gələcək taleyi məsələsinə toxunarkən deyib. Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılıb-çıxarılmayacağı dövlətlər arasındakı münasibətlə tənzimlənir:

"Bilirsiniz ki, NATO Əfqanıstanda sülhə dəstək proqramı çərçivəsində Azərbaycana da müraciət edib. Onlar Azərbaycan Ordusunun peşəkarlığını, əsgərlərin xidmətə münasibətini dəyərləndirərək, bu müraciəti ediblər. Azərbaycan da bu müraciətə müsbət cavab verib. NATO-nun Baş Qərargah rəisi əsglərimizin Əfqanıstandakı fəaliyyətinə görə dəfələrlə Azərbaycanın dövlət rəhbərliyi və Müdafiə Nazirliyinə öz təşəkkürünü bildirib. Hətta onlar Azərbaycan sülhməramlı kontingentinin xidmət etməsini kino lentə çəkərək, özlərinin hərbi-tədris müəssisələrində tədris filmi istifadə edirlər. Bütün bunlar onu göstərir ki, Azərbaycan hərbçiləri hər yerdə yüksək peşəkarlıqla seçiliblər. Əfqanıstandakı Azərbaycan sülhməramlıları hazırda oradakı Türkiyə kontingenti tərkibində fəaliyyət göstərir. Onların indiki vəziyyətdə Əfqanıstandan çıxarılıb-çıxarılmayacağına gəlincə, bu dövlətlər arasında tənzimlənən prosesdir”.

Ekspert bildirdi ki, Azərbaycan sülhməramlılarının Əfqanıstanda qalma müddəti, sayı və tərkibi razılaşdırılıb. Ona görə də nə vaxt lazım bilsələr, oradan çıxmaq barədə qərar da qəbul olunacaq:

"Bu gün isə Türkiyə Əfqanıstanda da bizim yanımızdadır. Türkiyə burada fəaliyyətini davam etdirəcəksə və Azərbaycan sülhməramlılarının xidmətindən yararlanmaq istəyəcəklərsə, fəaliyyətimizi hələ davam etdirəcəyik. Bu mənada sülhməramlı kontingentimizin Əfqanıstanda qalıb-qalmaması məhz bu proqrama bağlı məsələdir”.

Qeyd edək ki, ABŞ-ın Əfqanıstandan qoşunlarını çıxarmaq barədə qərarından sonra orada olan bir sıra digər dövlətlər də anoloji addımlar atmağa başlayıb. Milli Məclisin bu günki iclasında deputat Qüdrət Həsənquliyev də sözügedən məsələyə toxunaraq, 120 nəfərlik Azərbaycan kontingentinin Əfqanıstandan çıxarılmasını istəyib.

"Mən hesab edirəm ki, Müdafiə və təhlükəsizlik komitəsi Müdafiə Nazirliyinə, Ali Baş Komandana müraciət etməlidir. Nə qədər gec deyil, biz Əfqanıstandan çıxmalıyıq! Bunu Taliban istəyir, hər gün daha çox əraziləri ələ keçirir" deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 302 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...