Şeyx Şuşada niyə Ocaqnejadın arxasında gizləndi? - “Utancverici haldır“

Şeyx Şuşada niyə Ocaqnejadın arxasında gizləndi? -

Ötən həftə Şuşada cümə namazının İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejad tərəfindən qıldırılması cəmiyyətdə birmənalı qarşılanmayıb. Əksəriyyət Şeyxülislam Allahşükür Paşazadənin olduğu yerdə Ocaqnejadın öndə dayanaraq prosesi idarə etməsini doğru hesab etməyib.

Maraqlıdır, bu məsələyə ilahiyyatçılar nə deyir?

Mövzu barədə fikirlərini Yenisabah.az-la bölüşən tanınmış ilahiyyatçı Elşad Miri belə bir hadisənin baş verməsindən təəssüfləndiyini vurğulayıb:

“O fotonu gördükdə çox təəssüfləndim. Çünki faktiki olaraq həmin şəxs İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsidir və illərdir burada səfirliyə aid olan məsciddə xütbə verir, azərbaycanlılar da oraya gedir. Mən bir Azərbaycan vətəndaşı olaraq bunu qəbul etmirəm. Mənimsəyə bilmirəm ki, niyə Şuşa kimi hər tərəfi mesajlarla, rəmzlərlə dolu olan bir yerdə belə bir addım atılır? Onların indiyədək etdikləri, Azərbaycana qarşı tutumları bəlli deyilmi? Niyə bu bəlli ola-ola belə bir imkan yaradılır?”.

Həmsöhbətimiz Şeyxülislamla bağlı olan başqa bir məsələyə də diqqət çəkib:

“Allahşükür Paşazadə həmişə açıq şəkildə şiə olduğunu qeyd edir. Bu dəqiqə dünyada şiəliyin əsası olaraq qəbul edilən yer isə İran İslam Respublikasıdır və Şeyxülislam İranın “Səhər” televiyasına verdiyi müsahibəsində də deyib ki, dini məsələdə rəhbər olaraq İranın ali dini lideri olan Ayətullah Xamneyini qəbul edir. Onun Xamneyinin qoxusunu hiss etməsi ilə bağlı da yutubda müsahibələri var. Heç biri montaj deyil, özü də bunu inkar eləmir. Belə olan halda Xamneyinin nümayəndəsi önə onun əvəzləyicisi olaraq keçir, orada biz bunun təzahürünü gördük. Bunun üçün təəssüflənirəm. Düşünürdüm ki, bəlkə də, hansısa hörmət məqsədilə belə addım atılıb. Amma reallıq var və bu məsələyə həm siyasi, həm dini baxımdan haqq qazandırmaq mümkün deyil. Hətta mənim üçün utancverici bir haldır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
804 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...