Köçəryandan gözlənilməz addım: Deputatlıqdan istefa verdi

Köçəryandan gözlənilməz addım:

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan özünün “Facebook” səhifəsində bəyanat yayıb.

O, deputat mandatından imtina etdiyini bildirib. Köçəryan öz mandatını komandasından olan birisinə güzəştə gedəcəyini vurğulayıb.

Qeyd edək ki, eks-prezidentin rəhbərlik etdiyi “Ermənistan” bloku iyunun 20-də ölkədə keçirilən növbədənkənar parlament seçkilərində 21,9% səs toplayaraq parlamentdə 29 yer əldə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
922 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...