"Azərbaycan bütün sərhəd boyu 30 km Ermənistan ərazisinə daxil olmalıdır" – Deputatdan AÇIQLAMA
"Düşmən məğlubiyyətdən dərs çıxartmırsa, ordumuz həmin istiqamətdə Ermənistanın ərazisinə daxil olmalıdır və düşmənə sarsıdıcı zərbələr endirməlidir".
Bu sözləri Yeniavaz.com-a açıqlamasında son günlər Azərbaycan–Ermənistan sərhədində baş verən gərginlik haqqında danışan deputat Fəzail Ağamalı deyib. Deputat qeyd edib ki, Ermənilər reallığı dərk etmirlər:
"Görünür, 44 günlük müharibədən nəticə çıxara bilməyiblər. Ardıcıl təxribatlar törədirlər. Bir neçə gün əvvəl şəhid verdik. O şəhidimizin qanı yerdə qalmadı. Düşmənə kəskin cavab verildi. Rusiyalı hərbi ekspertlərin verdiyi məlumata görə, ermənilər 11 həbçisini itirib, 4-ü isə yaralıdır. Bu məlumatı verən kifayət qədər mötəbər şəxsdir. Məlumata inanmamaq olmur. Düşmən xüsusi olaraq Kəlbəcər istiqamətində təxribatların sayını çoxaldıb. Mən bir neçə gün əvvəl millət vəkili kimi mövqeyimi ortaya qoydum ki, düşmən məğlubiyyətdən dərs çıxartmırsa, ordumuz həmin istiqamətdə Ermənistanın ərazisinə daxil olmalıdır və düşmənə sarsıdıcı zərbələr endirilməlidir. Bu mövqedə də qalıram.
Bunun başqa yolu yoxdur. Mən inanıram ki, əsgərlərimiz onlara layiqli cavab verirlər. Görünür, bir qədər də ağır zərbələr vurmaq lazımdır ki, Ermənistan təxribatlara son qoysun. Kəlbəcər istiqaməti kifayət qədər strateji əhəmiyyət daşıyır. Digər tərəfdən Kəlbəcərin təxribatlar baş verən hissəsində qızıl və başqa faydalı qazıntı ehtiyatları var. Düşmən uzun müddət o ərazilərdə olan faydalı qazıntıları qeyri qanuni olaraq mənimsəyiblər. Görünür ki, ermənilər yenidən Kəlbəcərdəki faydalı qazıntılardan istifadə etmək istəyirlər. Buna görə də o əraziləri təzədən işğal etmək fikirinə düşüblər. Azərbaycan bütün sərhəd boyu özünün təhlükəsizlik zonasını yaratmaq üçün 30 kilometr Ermənistan ərazisinə daxil olmalıdır. Həmin ərazilərə Azərbaycan silahlı qüvvələri nəzarət etsin. Nə vaxta qədər ki, Ermənistan Azərbaycanın torpaq bütövlüyünü tanısın və təxribatlara son versin".
717 dəfə oxundu