“Azərbaycanla aramızda gömrük məntqələri olmalıdır” – Paşinyan

“Azərbaycanla aramızda gömrük məntqələri olmalıdır” –


Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan bu gün hökumətin iclasında Azərbaycanla sərhəddə yaşanan gərginlikdən danışıb.

Turkustan.info xəbər verir ki, Paşinyan iki ölkə arasında sərhədin müəyyənləşdirilməsi prosesinə hazır olduqlarını bildirib. O eyni zamanda proses başlayanadək hərbi qarşıdurmanın olmaması üçün sərhəd boyu Rusiya hərbçilərinin yerləşdirilməsini təklif edib.

Paşinyan eyni zamanda maraqlı təkliflə çıxış edib: “Ermənistanın Azərbaycan ərazisindən keçərək Rusiya, Orta Asiya və İranla, Azərbaycanın Ermənistan ərazisindən keçərək Naxçıvan, İran və Gürcüstanla əlaqə qurması lazım olduğu üçün sazişdə nəzərdə tutulanlar həyata keçməlidir. Bunun üçün beynəlxalq qaydalar əsasında fəaliyyət göstərən gömrük məntəqələri yaratmaq lazımdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...