Türkiyənin Ukraynadakı səfiri buna görə XİN-ə ÇAĞIRILDI

Türkiyənin Ukraynadakı səfiri buna görə XİN-ə ÇAĞIRILDI

Türkiyənin Ukraynadakı səfiri XİN-ə çağırılıb.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, rəsmi Kiyev 50 "Bayraqdar”ların alınması ilə bağlı Türkiyə ilə imzalanmış müqavilənin icrasının ləngiməsinə etiraz edib.

Pilotsuz aparatlar hələ iyulun əvvəllərində Ukraynaya satılmalı olsa da, Antalya və ətraf bölgələrdə başlayan yanğınlar müqavilənin icrasına mane olub.

"İndi uyğun vaxt deyil. Pilotsuz aparatlar Türkiyəyə yanğınları söndürmək üçün lazımdır. Təəssüf ki, biz alovda Ukraynaya çatdırılması nəzərdə tutulan 50-dən çox uçuşsuz aparat itirdik. Onların bir qismi də Suriyadakı yanğınların söndürülməsinə cəlb olunub. Qarşıya qoyduğumuz bütün hədəflərə çatdıqdan sonra bütün uçuş aparatları Kiyevdə olacaq. Biz müqavilə barədə məlumatlıyıq və mütləq bunu icra edəcəyik", - deyə xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

Bildirilib ki, "Bayraqdar"ların tətbiqi o qədər uğurlu alınıb ki, ölkənin arsenalındakı bütün pilotsuz aparatlar yanğınsöndürmə işlərinə cəlb olunub



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 222 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...