Rusiya Dövlət Duması da Vahabzadə qalmaqalına qoşuldu

Rusiya Dövlət Duması da Vahabzadə qalmaqalına qoşuldu

Rusiya Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy rusiyalıları təhqir edən keçmiş azərbaycanlı diplomatın sözlərini pisləyib, nəticələri barədə xəbərdarlıq edib.

Yenisabah.az "RİA Novosti" istinadla xəbər verir ki, Tolstoy bildirib. O, daha irəli gedərək Azərbaycanı aşağılayan ifadələr işlədib:

“Azərbaycanın keçmiş səfiri kamera qarşısında rusları donuz adlandırıb. Diplomat, sabiq olsa da, nəyin mümkün olduğunu və nəyin olmadığını mükəmməl şəkildə hiss edir. Bunun nəticələrdən nə o, nə də Rusiyanın xoş niyyəti ilə gənc olan, lakin müstəqil dövlət olmayan milli respublikalarda Rusiya və rusları təhqir edənlər qorxur”, - deyə millət vəkili "Telegram" kanalında yazıb.

O qeyd edib ki, deputat ya üzr istəməlidir, ya da nəticələrini gözləməli olacaq.

Xatırladaq ki, Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vaqabzadə Rusiya və rusları təhqir edib. Buna ilk təpki verən Vahabzadənin "eşşək" adlandırdığı Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...