Paşinyan yenidən aranı qarışdırmağa çalışır

Paşinyan yenidən aranı qarışdırmağa çalışır

"Ermənistanın baş naziri Nikol Pasinyanın Azərbaycanla danışıqlara başlamasına hazır olduğunu deməsi müəyyən qədər münasibətlərin neytrallaşdırılması və ya yaxınlaşması istiqamətində işartı oldu. Lakin biz Paşinyanın bu açıqlamanı etdiyi həmin günün sonunda Laçın, Şuşa və Xocalı istiqamətlərində Azərbaycan mövqelərinin atəşə tutulmasının şahidi olduq. Bu, onu deməyə əsas verir ki, Ermənistan ikili oyun oynayır və diplomatik siyasi danışıqların başlaması ilə bağlı çağırışlar edir, lakin hərbi müstəvidə məsələnin aradan qaldırılması, gərginliyin azaldılması ilə bağlı praktiki addımlar atılmır".

Gundeminfo.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Paşinyan riyakar və qeyri-səmimi siyasət yürüdür:

"Bəzi ekspertlər bildirirlər ki, gərginliyin artırılmasında Qərb dairələri daha çox maraqlıdır və gərginliyin artırılması fonunda Qərbin Ermənistanın dəvəti ilə regiona cəlb olunması prosesi həyata keçirilə bilər və bu, daha çox Ermənistanın maraqları çərçivəsindədir. Lakin artıq Ermənistanda siyasi hakimiyyəti öz əlinə almaq üçün addımlar atan Nikol Paşinyan Azərbaycanla münasibətlərin normallaşması, sərhədlərin delimitasiya və demarkasiyasi, bölgədə nəqliyyat kommunikasiya xətlərinin açılması istiqamətində müəyyən addımlar atılacağını və bu sahədə dialoqun aparılmasının, təmasların qurulmasının tərəfdarı olsa da biz cəbhədə tamamilə əksini görürük.

Zəmin üzərində Ermənistanın həyata keçirdiyi fəaliyyət tamamilə başqa mənzərəni ortaya çıxarır. Eyni zamanda Paşinyanın burada riyakarlığı və qeyri-səmimiliyi üzə çıxır. Paşinyan sadəcə olaraq danışıqlara hazır olduğunu bildirməsi ilə müəyyən qədər siyasi elitalar arasında Azərbaycanla təmasların qurulacagını bildirsə də, hərbi müstəvidə Ermənistanın Müdafiə nazirliyi tamamilə başqa göstərişlər verir, başqa əmrlər alır. Burada bir koordinasiyanın olmaması ortaya çıxır və bu da onu deməyə əsas verir ki, Paşinyan tamamilə başqa bir oyun oynayır və ikili fikirlər səsləndirməklə məsələni kökündən qarışdırmağa çalışır. İstənilən halda Azərbaycanın Ermənistanla dialoqu bərpa etməkdən başqa çıxış yolu yoxdur və yalnız dialoq yolu ilə, təmasların qurulması ilə, danışıqların aparılması ilə çözüm variantları ətrafında düşünmək olar. Ermənistanın baş naziri Nikol Paşinyan hazırkı durumda yaxşı anlayır ki, danışıqlardan imtina etmək eskalasiya riskini artırır. 2018-ci ildə hakimiyyətə gələn Paşinyan danışıqlardan tamamilə imtina etməklə atdığı addımların hansı nəticələr verdiyini çox yaxşı bilir və buna görə də siyasi diplomatik raundlar istənilən formada dəstəklənir və yalnız danışıqlar yolu ilə ümumi maraqlar ətrafında konsensus əld etmək mümkündür"./Milli.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
457 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...