Rusiyanın rəsmi saytında Azərbaycana qarşı təxribat - FOTO

Rusiyanın rəsmi saytında Azərbaycana qarşı təxribat -
Rusiyanın satınalma sahəsi üzrə vahid dövlət portalı olan “Zakupki.gov.ru” Azərbaycana qarşı təxribata yol verib.

“Qafqazinfo” xəbər verir ki, dövlət portalında yer alan məlumata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbi şəhərciyində xidmət barədə tender elan olunub.

Elanda rus sülhməramlıların yerləşdiyi ərazi Azərbaycan ərazisi kimi deyil, “Dağlıq Qarabağ Respublikası” kimi göstərilib.

“Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-mənzil fondunda kompleks xidmətin təşkili və həyata keçirilməsi üzrə xidmətin göstərilməsi”, - deyə elanda qeyd olunub.

Rusiyanın rəsmi saytında Azərbaycana qarşı təxribat -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 169 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...