Prezidentdən Bakıda yolların təmiri ilə bağlı SƏRƏNCAM

Prezidentdən Bakıda yolların təmiri ilə bağlı
Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Gundeminfo.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, M.Ə.Rəsulzadə və Sulutəpə qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 3,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
691 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...