Kadırov seçkilərdə ağlasığmaz üstünlük əldə edib

Kadırov seçkilərdə ağlasığmaz üstünlük əldə edib
Rusiyada Çeçenistan Respublikasının hazırkı başçısı Ramzan Kadırov (protokolların 65,41 %-i işləndikdən sonra) 99,66 % səs yığıb.

“Ədalətli Rusiya - Vətənpərvərlər - Həqiqət Uğrunda” partiyasının bir qolu tərəfindən irəli sürülən İsa Hacımuradovun 0,17 %, KPRF namizədi Xalid Nakayev isə 0,13 % səsi var.

Qalib gəlmək üçün qubernator namizədi azı 50 % üstəgəl bir səs toplamalıdır.

Sentyabrın 17-dən 19-dək Çeçenistan Respublikasında bölgə başçısı, Dövlət Dumasının deputatları, beşinci çağırış respublika parlamentinin deputatları və bələdiyyələrin nümayəndəlik orqanlarının deputatları üçün seçkilər keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
879 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...