"Seyid Amali kimdir ki, Şeyx ona cavab versin" - Şeyxin müavinindən İranın din xadiminə Sərt Sözlər

"Seyid Amali kimdir ki, Şeyx ona cavab versin" -
İranın dini lideri Ayətullah Xamneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi Ayətullah Seyid Həsən Amilinin öz cümə xütbəsində Azərbaycanı hədələməsi böyük ajiotaja səbəb oldu. Cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə şəxslər bu mövzuda fikir bildirir, İranın bu mövqeyini tənqid edirlər.

Günlərdir bu mövzuda Qafqaz Müsəlmanları İdarəsi mövqe bildirməyib. Nəhayət, bu gün Manset.az xəbər portalının rəhbərliyinin çoxsaylı cəhdlərindən sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru, “Heydər” Məscidinin rəhbəri Hacı Sabir Həsənli məsələyə münasibət bildirib.

O, Manset.az-a açıqlamasında bunları deyib: “Əlbətdə, bu bəyənilməyən fikirlərdir. İslam dünyasında ziddiyətlər yaradan fikirlədir. Azərbaycanla İran münasibətləri hardasa zəyif tərəfləri olsa da, bu formada biruzə verilməyib. Son dövrlər İran maşınlarının Ermənistan tərəfə naməlum yüklər daşıması, kütləvi şəkildə get-gəlləri, İran din xadimlərinin müəyyən mövqeləri Azərbaycan tərəfdə təəssüf hissi yaradıb.”

“Məlumdur ki, bu məsələlər onları hiddətləndirib. Ancaq bu düzgün deyil. Bizi heç kəs təhdid edə bilməz. Vətən müharibəsi əlsində belə fikirlərə cavabdır. 30 ildir ki, biz gözləyirdik, zaman gəldi və məsələni həll etdik. Düzdür, şəhidlər verdik, qazilərimiz var. Düşmən Qarabağı da alt-üst edib. Təbii ki, bunlar ermənilərin səhv addımı idi.”

“Amalinin bu ifadələrinin hakimiyyətin mövqelərini ifadə etməsi məsələsinə şübhəsiz ki, din xadimləri siyasi bağlarla bağlıdırlar. Ola bilər, İranın rəsmiləri başqa mövqedən çıxış edə bilərlər, diplomatiya naminə, bu başqadır. Ayətullah Seyid Həsən Amili olan münasibəti deyib.”

“Qaldı ki, Şeyx həzrətlərinin bu mövzuya münasibətinə , Amali Şeyx statusunda olan adam deyil. Şeyx bir nəfərdir. Amali kimdir ki, Şeyx ona cavab versin. İrandan onlarla belə münasibət bildirilə bilər. Bəzən susmaq özü də bir cavabdır.”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...