Milli Məclisin payız sessiyası nə zaman başlayır?

Milli Məclisin payız sessiyası nə zaman başlayır?
Ağdam Mexaniki Suvarma idarəsində böyük korrupsiyalar baş verir. Bu barədə idarənin bir neçə işçisinin saytımıza ünvanladığı müraciətində deyilir ki, idarə rəisi Hafiz Əzimzadə hər üç aydan bir idarənin bütün işçilərinin adına mükafat yazır. Lakin həmin mükafatları işçilər ala bilmir. Çünki Hafiz Əzimov sahə rəislərinin əli ilə yazılan mükafatları işçilərdə zorla alır və sahib olduğu milyonlara milyon qatır.

Bundan başqa qeyd olunur ki, artezian quyularının təmir işlərinin xərclərlərini də artezian quyusuna nəzarət edən işçilər çəkirlər. Təmir xərclərini isə Hafiz Əzimov mənimsəyir.

Narazı işçilər əlavə olaraq bildirirlər ki, idarənin yüzlərlə işçisi var ki, işə çıxmırlar. Onların əmək haqqı kartları isə Hafiz Əzimzadədəir. Hər ayın sonunda həmin kartlardakı pulları Əzimzadənin sürücüsü çıxararaq ona verir.

Qeyd edək ki, adı “MTN işi”ndə də keçən, Akif Çovdarovun kirvəsi olan Hafiz Əzimzadə Ağdamın ən varlı adamlarından biri hesab olunur. Onun Türkiyədə, Bakıda və ölkəmizin müxtəlif rayonlarında, Şamaxıda, Bərdədə və digər rayonlarda dəyəri milyonlarla manat olan biznes sahləri və mülkləri var. Bu biznes sahələri içində Avtovağzal kompleksi, Heyvandarlıq kompleksi, “Qarabağ” hazırlıq kursu, maşın təmiri sexləri, restoran və şadlıq sarayları var. Həmçinin Əzimzadənin Bakıda çoxsaylı evlərə sahib olduğu da qeyd olunur. (azmediainfo.org)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
561 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...