“Bakının razılığı olmadan heç nə alınmayacaq” - Andrey Kortunov
ABŞ və Fransanı təmsil edən Qərb manyaksayağı inadkarlıq nümayiş etdirərək Qarabağ probleminin guya həll olunmadığını və bunun yalnız ATƏT-in Minsk qrupunun həll edə biləcəyini bildirir. Yanaşı olaraq, Fransanın Ermənistandakı keçmiş səfiri Conatan Lakota oxşar açıqlama verib və Fransa prezidenti Emmanuel Makron da Ermənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Ermənistan prezidenti Armen Sarkisyana ünvanladığı təbrik mesajında bu barədə bildirib. Makron vurğulayıb ki, “Fransa bölgədə sülhün bərqərar olunmasında öz rolunu oynamaq istəyir və bu kontekstdə Ermənistanı dəstəkləyir…”.
Mövzunu ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi davam etdirir, o da Qarabağ münaqişəsinin həll edilmədiyindən dəm vurur. Eyni zamanda o ATƏT-in Minsk Qrupunun çox az iş görə biləcəyini də etiraf edib: “… ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə birgə səfəri ilə bağlı danışıqlar aparılıb, lakin indiyə qədər Qarabağ da daxil olmaqla regiona səfərlə bağlı razılaşma əldə etmək mümkün olmayıb”. Başqa sözlə desək, həmsədrləri sadəcə Qarabağa buraxmırlar.
KONKRET.az xəbər verir ki, Rusiya Beynəlxalq Məsələlər Şurasının (RSMD) baş direktoru Andrey Kortunov oxu.az-a müsahibəsində Qərbin Qarabağ münaqişəsinin “həlli” ilə bağlı ATƏT-in Minsk Qrupunun işini bərpa etməkdə israrına münasibət bildirib:
– Bu, ilk növbədə ABŞ-ın liderliyinə aid olan məsələdir. Elə təəssürat yaranır ki, ABŞ hər hansı bir əhəmiyyətli münaqişədə müəyyən rol oynamaq istəyir, Qarabağı da bu kateqoriyaya aid etmək olar.
Bundan əlavə, mənə elə gəlir ki, qərbli həmkarlarımızı narahat edən məsələ Rusiya və Türkiyənin Cənubi Qafqaz regionunda əsas oyunçu olmaları və Minsk Qrupu həmsədrlərinin rolunun minimuma endirilməsidir.
Unutmamalıyıq ki, ABŞ və Fransada böyük və kifayət qədər nüfuzlu erməni diasporları var. Onlar Cənubi Qafqazda baş verən hadisələrdə və Qarabağda nizamlanma məsələsində daha fəal iştirak etmək üçün öz ölkələrinin hökumətlərinin lobbiçiliyini edirlər. Bu məni təəccübləndirmir. Amma məsələ bundadır ki, ATƏT-in Minsk Qrupunun konkret təklifləri çox azdır.
Bölgəyə, nizamlama prosesinə yenidən girmək üçün konkret fikir və resurslar təklif etmək lazımdır. Amma təəssüf ki, nə amerikalı, nə də fransalı ortaqlardan belə bir şey eşitmədim. Onlar artıq baş verən bir şeyə nə əlavə edə bilərlər ki?
– Axı aydındır ki, Vaşinqton və Paris bu cür bəyanatlarla nə qədər fəal çıxış edirsə, bu Bakıda bir o qədər mənfi reksiya doğurur.
– Həmişə bu barədə deyirəm. Hansısa mediatorların prosesə qatılması üçün azı iki tərəfin razılığı tələb olunur. Qərb tərəfdaşlarına məsləhətim: əgər bir şey təklif etmək və nədəsə iştirak etmək istəyirsinizsə, o zaman Azərbaycan tərəfi ilə danışıqlar aparmalısınız. Axı, anladığım qədər, Ermənistan tərəfi formatı genişləndirməyə hazırdır, amma Bakının razılığı olmadan heç nə alınmayacaq.
623 dəfə oxundu