Gorus-Qafan yolu ilə bağlı Azərbaycanla danışıqlar aparılır - Qriqoryan

Gorus-Qafan yolu ilə bağlı Azərbaycanla danışıqlar aparılır -

İrana gedən Gorus-Qafan avtomobil yolu ilə bağlı həm Rusiya ilə həm də Azərbaycanla danışıqlar aparılır.

Gundeminfo.az yeniavaz-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətdə keçirdiyi brifinqdə deyib.

“Problemi ən qısa zamanda həll etmək üçün çalışırıq. Rusiyalı tərəfdaşlarımızla və Azərbaycan tərəfi ilə bu mövzunu müzakirə edirik”, – deyə Qriqoryan qeyd edib.

Xatırladaq ki, İrandan Ermənistana daşınan naməlum yüklər səbəbilə Gorus-Qafan yolunda Azərbaycan tərəfindən yoxlamalar başladılmışdı. Daha sonra qanuna uyğun olaraq İran TIR-larından rüsm tələb edilsə də onlar bunu ödəməkdən imtina etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
948 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...