“Saakaşviliyə müvafiq dəstək göstəriləcək” - Ukraynanın XİN başçısı

“Saakaşviliyə müvafiq dəstək göstəriləcək” -
“Mixeil Saakaşvili bizim vətəndaşdır və təbii ki, ona müvafiq dəstək göstərəcəyik”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yerli mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün səhər Gürcüstan səfirliyinin nümayəndəsi Ukrayna XİN-ə çağırılıb: “Onunla bu məsələ danışılacaq. Biz Ukraynanın hər bir vətəndaşını bəlaya düşdüyü halda müdafiə edirik”.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti M.Saakaşvili ötən gün Tbilisidə saxlanılıb. O, hazırda Rustavi şəhərində yerləşən 12 saylı cəzaçəkmə müəssisəsindədir. 2015-ci ildən Ukrayna vətəndaşı olan 53 yaşlı siyasətçi hazırda bu ölkənin İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin rəhbəridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
888 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...