ABŞ-ın şəhər meri azərbaycanlıları təbrik edib

ABŞ-ın şəhər meri azərbaycanlıları təbrik edib

ABŞ-ın Şimali Karolina ştatının Apeks şəhərinin meri Jak Jilber (Jacques Gilbert) sosial media hesabında Azərbaycan icmasını təbrik edib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mer bildirib ki, Roli şəhərində keçirilən tədbir zamanı Azərbaycan Dostluq Təşkilatına 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə bəyannaməni təqdim etdiyi üçün şərəf və qürur duyur. Qeyd edib ki, Azadlığı və Demokratiyanı Böyük Qafqazda yayan azərbaycanlılar və Amerika azərbaycanlıları Apeks şəhərində də mədəni müxtəlifliyə, zənginliyə və iqtisadi tərəqqiyə töhfələr bəxş edirlər.

Mer Azərbaycan icmasına ürək sözlərini belə ifadə edib: "Mənim ailəm – sizin ailəniz, sizin ailəniz – mənim ailəmdir".

Roli şəhərində keçirilən anım mərasimini “beynəlxalq təmsilçiliklə böyük birlik hadisəsi” adlandıran mer tədbirdə Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşlarının, Türkiyə, Pakistan və İsrail icmalarının nümayəndələrinin iştirakına da diqqəti cəlb edib.


ABŞ-ın şəhər meri azərbaycanlıları təbrik edib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
590 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...