“Bəzi dairələrin və şəxslərin Ali Baş Komandana qarşı başlatdıqları kampaniya sifarişlidir, təxribatdır və xəyanətdir”

“Bəzi dairələrin və şəxslərin Ali Baş Komandana qarşı başlatdıqları kampaniya sifarişlidir, təxribatdır və xəyanətdir”

Səbuhi Abbasov: “Bəzi dairələrin və şəxslərin Ali Baş Komandana qarşı başlatdıqları kampaniya sifarişlidir, təxribatdır və xəyanətdir”

Bu sözləri saytımıza açıqlamasında QHT sədri, internet-media ekspert Səbuhi Abbasov son günlər bəzi xarici media quruluşlarının və daxildə olan şəxslərin mövqelərinə münasibət bildirərkən deyib: "Hesab edirəm ictimai-siyasi proseslərdən az-çox xəbəri olanlar nə dediyimi başa düşəcəklər.

Biz son yüz ilin, bəlkə də, son beş yüz ilin ən böyük zəfərini qazanmışıq, Qarabağımızı azad etmişik. Bunu ordumuza, şəhidlərimizə, qazilərimizə, xalqımıza, Ali Baş Komandamıza borcluyuq. Bu Böyük Qələbəni bütün tərəflər eyni formada qəbul edəcəkdilərmi? Təbii ki, xeyir...

Hadisələrin gedişatı İran qarışıq bir çox ölkələrin bizə, dövlətimizə, xalqımıza olan münasibəti tam çılpaqlığı ilə ortaya qoydu. Ən təhlükəlisi isə daxildə olan 'ocaqların' alışdırılmasıdır. Son 20 gündə bəzi xarici media quruluşları və bəzi daxili 'aktivistlər' sırf Prezident İlham Əliyevin şəxsiyyətinə yönəlik qarayaxmalara başlayıblar. Bəli, Böyük Vətən Savaşının qələbəsinin ildönümündə buna təsadüfi hal demək, yumşaq desək, sadəlövhlük olardı.

Biz nə etməliyik?

İlk növbədə hüquq-mühavizə orqanları, təhlükəsizlik xidmətləri hər zamankından daha sərt şəkildə, həm də, heç kimə, heç nəyə güzəşt etmədən fəaliyyət göstərməli, qalib Ali Baş Komandana qarşı başladılan kampaniyaların sifarişçilərini və icra mexanizmlərini tapmalıdırlar. Yeri gəlsə hər bir ləyaqətli vətəndaş bu prosesdə aktiv iştirak etməlidir. Bu prosesin söz, media azadlığına heç bir aidiyyatı yoxdur. Hər kəs bilməlidir ki, indiki dönəmdə bütün dünya azərbaycanlılarının qürurunu bərpa edən, düşmənə yerini göstərən, DƏMİR YUMRUQla erməni dığalarının başını əzən lideri təhqir etmək, böhtan atmaq bütün xalqı təhqir etməyə bərabərdir və birbaşa xalqa, millətə, dövlətə xəyanətdir. Bu gün bizim həm regional, həm də qlobal siyasi şəraitimiz müharibə dönəmində olduğundan daha qəlizdir. Birliyimiz heç bir halda pozulmamalıdır, pozulmayacaq da... #KarabakhisAzerbaijan”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
997 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...