Rusiya MN Laçını yenə də “Dağlıq Qarabağın rayonu” kimi təqdim etdi və…
Laçın şəhərində qanunsuz məskunlaşmış 10 çoxuşaqlı erməni ailəsinə humanitar yardım edib…
“Rusiya sülhməramlı kontingentinin hərbçiləri Dağlıq Qarabağın ucqar rayonunda çətin həyat şəraitində olan çoxuşaqlı ailələrə və yerli(!-S.L.) sakinlərə humanitar yardım göstəriblər”.
Moderator.az xəbər verir ki, bu cümlə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının Azərbaycan Respublikası ərazisindəki Rusiya sülhməramlı(?) hərbi kontingentinə aid bölməsindəki oktyabrın 13-ü Bakı vaxtı ilə saat 06:00-a aid xəbərindəndir(bax: //mil.ru/russian_peacekeeping_forces/news/more.htm ).
“Bu gün Laçın yaşayış məntəqəsində “Mersi” xeyriyyə təşkilatları assosiasiyasıyla
birlikdə çoxuşaqlı ailələr üçün bir xeyriyyə tədbiri keçirdik. Ərzaq dəstləri, mövsüm üçün ayaqqabılar və dəftərxana ləvazimatlarının paylanmasını təmin etdik. Laçın məntəqəsində 10 çoxuşaqlı ailə yaşayır ”, – deyə Rusiya sülhməramlı kontingentinin sözçüsü Sergey Vladimirov bildirib.
“…Bizə kömək etdiyiniz üçün çox sağ olun və ümid edirik ki, hər şey tezliklə öz həllini tapacaq ”,- deyə Dağlıq Qarabağın ucqar rayonunun sakini Anuş Uşakova təşəkkür edib” –sözügedən saytın yaydığı məlumatda belə deyilir.
Göründüyü kimi, Rusiya MN növbəti dəfə öz rəsmi saytında Laçın rayonunu “Dağlıq Qarabağın rayonu” kimi təqdim edib və üstəlik, Laçın şəhərində qanunsuz məskunlaşmış, “yerli sakinlər” adlandırdığı 10 çoxuşaqlı erməni ailəsinə, yaxud 70 erməniyə humanitar yardım edib…
Xatırladaq ki, bundan öncə iyulun 29-da eyni saytdakı məlumatda daha açıq şəkildə “Dağlıq Qarabağın Laçın rayonu” ifadəsi işlənmişdi(bax://mil.ru/russian_peacekeeping_forces/news/more.htm). Üstəlik, Rusiya MN həmin gün nəinki Laçın rayon mərkəzində, eyni zamanda “Aqavno” adlandırılan Zabux kəndində qanunsuz məskunlaşmış ermənilərə də yardım etmişdi… Moderator.az eyni tarixdə bu haqda informasiya vermiş və(bax://moderator.az/qarabagh/387669/rusiya-mn-lacini-daliq-qarabain-rayonu-adlandirdi-ve-ordaki-ermenilere-yardim-etdi/. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətini də məlumatlandırmışdı. Təəssüf ki, bu olaya heç bir rəsmi reaksiya bildirilməmişdi…
Nəticədə ayağı yer alan Rusiya hökuməti avqustun 13-də GOV.RU hökümət domenində fəaliyyət göstərən zakupki.gov.ru rəsmi saytındakı tender haqqında məlumatda “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlədib…
Sözsüz ki, Azərbaycan dövləti Rusiya MN-in Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı növbəti hörmətsizliyinə və Laçın rayonu ərazisində qanunsuz məskunlaşmış ermənilərə yardım göstərməklə onları buna motivə etməsinə rəsmi münasibət bildirməlidir…
530 dəfə oxundu