Əliyev-Paşinyan görüşü nə vaxt olacaq?

Əliyev-Paşinyan görüşü nə vaxt olacaq?
Əliyev-Paşinyan görüşü nə vaxt olacaq?

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə oktyabrın 12-də Moskvada keçirilən görüşünü “kifayət qədər məhsuldar” adlandırıb.

“Görüş kifayət qədər məhsuldar idi. Həm ikitərəfli gündəliyi, həm də regiondakı vəziyyəti müzakirə etdik. Əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün əlaqələri davam etdirəcəyik”, deyə Paşinyan gecə öz Twitter səhifəsində yazıb.

Bundan əvvəl tərəflər görüşdə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi, regionda sabitliyin möhkəmləndirilməsi və iqtisadi kommunikasiyaların bərpa edilməsi üzrə gələcək addımlar müzakirə olunduğu barədə məlumat yayıb.

Kremldən hələlik görüşün yekunları ilə bağlı şərh verilməyib.

Bu arada, Ermənistanın müdafiə naziri də Paşinyanla birlikdə Moskvada səfərdə idi, o da Rusiyanın müdafiə naziri ilə regionda və Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə edib.

Bir neçə gün əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan da Moskvaya səfəri zamanı bu mövzuları müzakirə edib.

Qeyd edək ki, Paşinyanın Moskvaya səfərindən əvvəl Ermənistan KİV-ləri Putinin Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli görüşünün keçirilməsi təşəbbüsü irəli sürdüyü barədə məlumat yayıb. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması haqqında bir çərçivə sazişi imzalana bilər. Bu, MDB-nin qarşıda duran sammiti çərçivəsində baş verə bilər.

Sosal şəbəkələrdə Azərbaycanda Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası proqramının hazırlanması barədə yayılan nəşrlər bu ümidlərin əsaslı olduğunun dolayı təsdiqi olub.

Öz növbəsində, Qarabağ Azərbaycanlıları ictimai birliyinin rəhbəri və Milli Məclisin Xankəndindən olan deputatı Tural Gəncəliyev son bir neçə saatda öz Twitter hesabında Azərbaycanın milliyyətcə erməni olan vətəndaşları nə qədər tez cəmiyyətə inteqrasiya etsə o qədər yaxşı olacağı, bunun üçün dil kursları təşkil edildiyi və sülhün möhkəmləndirilməsi üçün erməni əsilli vətəndaşlarımızla səylərimizi birləşdirməli olduğumuz və Azərbaycan vətəndaşı olduğumuz üçün sevinməli olduğumuz barədə bir neçə tvit paylaşıb. /Turan



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
559 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...