Slovakiyanın XİN başçısı: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

Slovakiyanın XİN başçısı: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"
"Slovakiya Azərbaycanı iqtisadi əməkdaşlıq üçün yaxşı imkanlara malik olan bir ölkə kimi qəbul edir".

"Report"un xəbərinə görə, bunu Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

O bildirib ki, Slovakiya tərəfi Azərbaycanla iqtisadi əlaqələrin inkişafı istiqamətində səylərin Prezident İlham Əliyev tərəfindən dəstəklənməsinə böyük önəm verir.

Qonaq iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsinin əhəmiyyətinə toxunub. İvan Korçok Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq və yenidənqurma layihələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirib.

Slovakiyalı nazir qeyd edib ki, Slovakiya dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə sadiqdir və bu əsasda ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
571 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...