Koronavirusa yoluxmuş Hafiz Hacıyev süni nəfəs aparatından ayrılıb

Koronavirusa yoluxmuş Hafiz Hacıyev süni nəfəs aparatından ayrılıb
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu gündən palataya köçürülməlidir.

Bunu APA-ya açıqlamasında Hafiz Hacıyevin oğlu deyib. O bildirib ki, atasının vəziyyəti yaxşıdır: “Həkimlər süni tənəffüs aparatından ayırıblar. Daha da yaxşı olacağına ümid edirik. Ağciyərində bir az buzlaşma olduğu üçün süni nəfəs aparatına qoşulmuşdu. Amma artıq yaxşıdır. Həkimlər bu həftənin axırına xəstəxanadan çıxara biləcəyimizi deyirlər”.

Qeyd edək ki, koronavirusa yoluxmuş H. Hacıyev oktyabrın 17-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...