Rəsul Quliyev Əli Kərimlinin çıxışından danışdı: “Dəlidir, nədir?!”
“Azərbaycan parlamentinin spikeri olduğum dövrdə müxalifətdən 8-9 deputat var idi. Özlərini siyasətçi hesab edirdilər. Bir nəfər deyə bilməz ki, söz istəyib, verməmişəm. Həmişə onlara çıxış etmək imkanı yaratmışam. Sonra onları biabır etmişəm, çıxış etməyə həvəsləri olmayıb, çünki gic-gic şüarlar səsləndirirdilər”.
Yenisabah.az xəbər verir ki, Azərbaycan parlamentinin 1995-1996-cı illərdə sədri olmuş Rəsul Quliyev bildirib.
“Çoxunun çıxış etməyə cəsarəti çatmırdı. Şüar səsləndirmək yox, konkret təklif ortaya qoymaq lazımdır. O zamanlar Azərbaycan kreditlə bağlı Yaponiya ilə danışıqlar aparırdı. Parlamentin iclasında Əli Kərimli söz istədi, verdim. Dedi ki, Yaponiyadan kredit niyə almalıyıq, kimdir onlar? Adam bilmir ağlasın, yoxsa gülsün. Dəlidir, nədir?! Yəqin, yaponların boyuna baxıb belə düşünüb... Yaponiya o dövrdə dünyada ABŞ-dan sonra ikinci “derjava” idi. Belə adama nə cavab verəsən?! Dedim, get, tanış ol, gör Yaponiyanın hansı imkanları var. Onlar bizə kredit versəydilər, sevinməli idik. Yaponiyada elə-belə kredit vermir axı...”, - deyə sabiq spiker qeyd edib.
506 dəfə oxundu