“Dünən inanılmaz hadisə baş verdi, "Port Baku"da yerləşən qarajda..." - Çingiz Abdullayev

“Dünən inanılmaz hadisə baş verdi, "Port Baku"da yerləşən qarajda..." -
Son günlər tənqid obyektinə çevrilən Xalq yazıçısı Çingiz Abdullayev qınaqlardan sonra başına gələn hadisəni danışıb.

Pravda.az xəbər verir ki, bu barədə o, şəxsi "Facebook" hesabında yazıb:

“Dünən inanılmaz hadisə baş verdi. "Port Baku"da yerləşən qarajda bir gənclə rastlaşdım. Cavan oğlan mənə yaxınlaşaraq bu sözləri dedi: "Son vaxtlar Sizə qarşı sosial şəbəkələrdə qıcıqlandırıcı rəy bildirən insanların adından sizdən üzr istəyirəm". Həmin vətəndaşın adını soruşmağa belə vaxtım olmadı. Daha sonra "Paşa Bank" ın yaxınlığında rastıma təxminən qırx yaşlı bir xanım çıxdı. Həmin xanım mənə bu fikirləri bildirdi: "Bu insanlarla tolerantlıq etdiyimiz üçün hamımızı bağışlayın". İnsanların mənə olan münasibətini bu iki nəfərin timsalında anladım”.

Yazıçı bundan sonra haqqında yazılan şərhlərə fikir verməyəcəyini qeyd edib:

“Mən fəxr edirəm ki, Xalq yazıçısıyam. Qeyd edim ki, SSSR (əslində, SSRİ - red.) ədəbiyyatı tarixində və müasir Azərbaycanın ədəbiyyatı tarixində bu fəxri ada layiq görülmüş ən gənc yazıçıyam. Çirkin qəlbli insanlar mənə istədikləri qədər təhqiredici rəylər yaza bilərlər. Artıq fikir verməməyə çalışacam”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevin bir neçə gün əvvəl sosial şəbəkədə etdiyi paylaşım müzakirələrə səbəb olmuşdu. Onun hava limanında bir uşağa su verdiyini yazması tənqidlərə səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
573 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...