Türkiyə MN Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

"Report"un xəbərinə görə, nazirliyin təbrikini Mətbuat və ictimaiyyətlə əlaqələr müşavirliyinin zabiti, mayor Pınar Kara keçirdiyi brifinqdə çatdırıb.

"Bir millət, iki dövlət” anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımızı noyabrın 8-də qeyd olunacaq Zəfər Günü münasibətilə indidən təbrik edirik.

Ədalətli işlərində, bu günə qədər olduğu kimi, bundan sonra da bütün imkanlarımızla onların yanında olduğumuzu bir daha vurğulayırıq", - nazirlik rəsmisi deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
458 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...