Bayden Ərdoğandan Azərbaycan barədə nə soruşub? – GÖRÜŞÜN gizlinləri
Türkiyə və Amerika liderlərinin Romada Qafqazla bağlı hansı müzakirələri apardıqları çoxlarına maraqlıdır. Düzü, bu haqda siyasətçi mövqeləri nə qədər oxşasa da, bir o qədər də fərqlidir. Çünki əksər ekspertlər iddia edir ki, Bayden Rusiya ilə əməkdaşlıq etdiyinə görə Ərdoğana etiraz edib. Bundan başqa, Ağ Evin Zəngəzur və digər layihələrdə aparıcı rola sahib olmaq niyyəti var.
Bizim.Media ilə özəl söhbət zamanı Politoloq Zərdüşt Əlizadə bildirib ki, Bayden sadəcə olaraq Qafqazdakı vəziyyət barədə Ərdoğandan məlumat alıb:
“ABŞ regiondakı qüvvələr nisbətinin nədən ibarət olduğunu yaxşı bilir”.
Politolqun fikirncə, Cənubi Qafqazda kimin kimi dəstəklədiyi də Vaşinqton üçün tapmaca deyil:
“Sadəcə məlumatlı olmaq istəyib. Yəqin özü üçün müəyyənləşdirmək istəyib ki, ümumilikdə Qərbin və xüsusən də ABŞ-ın mənafeləri nəzərə alınır, ya yox? Nəzərə alsaq ki, Türkiyə NATO və Qərbin bir hissəsidir, təbii ki, hadisələrin gedişində Qərbin, Birləşmiş Ştatların da maraqları nəzərə alınır”.
Anlaşılan budur ki, Qərb də Zəngəzur dəhlizi və digər regional layihələrdə iştirak etmək niyyətindədir?
“Bu yaxınlarda Amerikanın Cənubi Qafqazdakı işlərə fəal müdaxilə etmək niyyəti yoxdur. Çünki burada gedən hadisələr onun milli maraqlarının ziddinə deyil”.
517 dəfə oxundu