“Rüsumlarda dəyişiklik qiymət artırımına təsir göstərməyəcək” – Rüfət Quliyev

“Rüsumlarda dəyişiklik qiymət artırımına təsir göstərməyəcək” –

"Bu gün keçirilən komitə iclasında "Dövlət rüsumu haqqında" Qanuna dəyişiklər müzakirələr olunub və dərman preparatlarının qeydiyyatı ilə bağlı rüsumun artırılması təklif edilib. Lakin xaricdən gətirilən avtomobillər, mobil telefonlar, sürücülük vəsiqələrinin verilməsi bağlı dövlət rüsumunun məbləğində hansısa dəyişikliyin tətbiqi nəzərdə tutulmayıb. İstənilən halda, nəzərdə tutulan bütün dəyişikliklər şəffaflığın artırılmasına xidmət edir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Parlament üzvü bildirib ki, vətəndaşlar dərmanların qiymətlərinin artması ilə bağlı narahatlıq keçirməsinlər: "Dəyişiklik qiymət artırımına təsir göstərməyəcək. Sahibkarın il ərzində əlavə 50 manat rüsum ödəməsi dərmanların qiymətində ciddi artıma səbəb ola bilməz. Dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrin dövlət qeydiyyatı üçün rüsumun məbləği 100 manat əvəzinə, 150 manat nəzərdə tutulub. Bu məsələdə "işbaz"lara ciddi nəzarət etmək lazımdır. Xaricdən gətirilən avtomobillərin dövlət rüsumu barədə məsələyə gəlincə isə, heç sırf bununla bağlı heç bir yenilik yoxdur. Sadəcə olaraq, fərq budur ki, sözügedən məsələlər də bundan sonra qanunla tənzimlənəcək. Nəzərə almaq lazımdır ki, tənzimləmə işi əvvəllər Nazirlər Kabinetinin müvafiq təlimatı və ya göstərişləri əsasında həyata keçirilirdi".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
611 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...