ATƏT-in Minsk Qrupunun fransalı həmsədri dəyişib

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri dəyişib
Fransanın ATƏT-in Minsk Qrupundakı təmsilçisi dəyişib. APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Fransa hökumətinin saytında məlumat verilib.

Bildirilib ki, Stefan Viskontinin yerinə bu vəzifəyə Bris Rokfeyl təyin edilib. Qeyd edək ki, S. Viskonti 2016-ci ilin oktyabrından etibarən adıçəkilən vəzifədə çalışıb. Xatırladaq ki, yeni təyinata qədər B. Rokfeyl Fransanın Panama və Özbəkistanda səfiri, Rio de Janeyroda Baş konsulu, 2000-ci illərdə Fransanın Rusiya və Türkiyədəki səfirliklərində siyasi məsləhətçi olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
556 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...